Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
14 iyun AQTA-dən verilən məlumatda bildirilir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Qazax şəhəri, Azadlıq küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bədəlov Rüfət Cahangir oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi aşkar olunub. Belə ki, un kisələrinin bir başa döşəməyə və divara bitişik halda yığıldığı, eləcə də müvafiq temperatur və saxlanma şəraitinə riayət edilmədən saxlanıldığı müəyyən edilib. İstehsal edilən çörəyin qablaşdırılmasında məhsulun çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsal tarixi, istifadə müddəti, istehsalçının adı və ünvanı barədə məlumatların qeyd edilmədiyi məlum olub. Faktlarla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
“Respublika”.