Co Baydenin həyat yoldaşı Covid-19-a yoluxub
Dünya xəbərləri

Co Baydenin həyat yoldaşı Covid-19-a yoluxub

Ağ Evin sözçüsü Karine Jean-Pierre yazılı açıqlamada Cil Baydenin Covid-19 testinin "müsbət" nəticə verdiyini bildirib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Jean-Pierre prezident Baydenin test nəticəsinin "mənfi" olduğunu qeyd edib. 

"Prezident müəyyən aralıqlarla test ediləcək və simptomlar üçün izləniləcək" deyə, sözçü bildirib.

Qeyd edək ki, Co Bayden 21 iyul 2022-ci ildə Covid-19-a tutulub.

Röya RÜSTƏMLİ,

“Respublika”.