Çinin Hebey vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert olub
Digər xəbərlər

Çinin Hebey vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert olub

Çinin Hebey vilayətinin Lanfan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Azərbaycan-Çin dostluq konserti olub.

AZƏRTAC xəbər verir ki, Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsert Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib.

Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi altında "Qaytağı" instrumental ansamblının "Mirvari" rəqs qrupunun ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin başqa görkəmli bəstəkarların əsərləri, xalq mahnıları rəqsləri, habelə ənənəvi Çin xalq mahnısı, Ağdam Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında "Qarabağ şikəstəsi" təqdim olunub.

Azərbaycan incəsənət ustalarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.