Bugünkü reallıq: Qarabağ Azərbaycandır!
Siyasət

Bugünkü reallıq: Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Qarabağ həm regionun mədəniyyət ocağı, musiqi beşiyi, gözəlliklər diyarıdır. Zəngin mədəni mənəvi irsə malik olan Qarabağ daim öz adət-ənənələrini qoruyub saxlayıb. Bu torpaqda böyüyüb yaşayan bir çox görkəmli adamlar dünya səviyyəsində tanınıblar. Məşhur şairlərin, yazıçıların, xanəndələrin, bəstəkarların, rəssamların vətəni elə məhz Qarabağdır.

Strateji əhəmiyyəti yüksək olan Qarabağ daim düşmənin diqqət mərkəzində olub. Təəssüf ki, bu qəhrəmanlar diyarı zaman-zaman yadelli işğalçıların hədəfinə tuş gəlib, dəfələrlə talanıb, parçalanıb bölünüb. Ermənistan Azərbaycan ərazisinin bir hissəsini nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışıb. Buna əsasən ölkəmizə qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən yox, həmçinin Hayastanın dövlət strukturları tərəfindən irəli sürülüb. Ötən əsrin 80-90- illərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edib. Bununla yanaşı, ölkəmizə qarşı hərbi təcavüzə əl atıb. Həmin dövrdə Azərbaycanda hökm sürən qarışıqlıqdan istifadə edən Ermənistan hakimiyyəti torpaqlarımızın 20 faizini işğal edib. Hayastanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb.

Həmin vaxt Azərbaycan xalqının görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin siyasətdən uzaqlaşdırılması münaqişənin dərinləşməsinə bilavasitə təsir göstərib, Ermənistan tərəfi məhz buna nail olmağa çalışıb.

Belə bir kritik məqamda Azərbaycan xalqı özünəxas müdrikliklə öz xilas yolunu dahi oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevdə görüb. Azərbaycan xalqı aydın görürdü ki, onu faciəvi sondan ancaq Heydər Əliyev xilas edə bilər. Buna görə ölkənin gələcək taleyini ona etibar edərək onun üzərinə tarixi missiya qoyub. Ümummilli liderin ən böyük arzusu Qarabağı düşmən işğalından azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək olub. O, inanırdı ki, ölkəmiz münaqişənin ədalətli şəkildə həll edilməsinə nail ola biləcək. Uzun illər əvvəl ulu öndər böyük uzaqgörənliklə deyib: "Biz Qarabağ məsələsini həll edəcəyik. Bizə vaxt lazımdır. Heç kəs Azərbaycanın torpağını əlindən ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olursa-olsun".

Ulu öndərin arzusunu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Məhz onun rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı erməni işğalından azad etdi. Gündən-günə güclənən Azərbaycan hələ 2016- ilin aprelində döyüş meydanında düşmən üzərində danılmaz üstünlüyünü sübut etmişdi.

2020-ci il sentyabrın 27- Ermənistan Silahlı Qüvvələri müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eləcə hərbi mövqelərini bir neçə istiqamətdən atəşə tutub. Azərbaycan əks-hücum əməliyyatı ilə düşmənə layiqli cavab verib. Düşmənin qarşısı alınıb o Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində acı məğlubiyyətlə barışmalı olub. Vətən torpaqlarını işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusu həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Hayastanın silahlı qüvvələrini darmadağın edib. Düşmən canlı qüvvə texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olub.

Azərbaycanın suverenliyi uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm iradə, bir yumruq kimi birlik həmrəylik nümayiş etdirib, nəticədə düşmənə sarsıdıcı zərbələr endirib.

Azərbaycan Respublikasının İkinci Qarabağ müharibəsində qalib gəlməsi tarixi əhəmiyyət kəsb edir. Əvvəla, Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi ölkələr ölkəmizin hansı gücə malik olmasını bir daha görmüş oldu. Bəzi dövlətlər bir daha gördülər ki, ölkəmizdə xalq-dövlət birliyi mövcuddur. Bu birlik yumruq halında birləşib. Prezident İlham Əliyevin dediyi kimi, "...bu yumruq düşmənin başını