Bu günə kimi 107 internet operator və provayder uçota alınıb
Digər xəbərlər

Bu günə kimi 107 internet operator və provayder uçota alınıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) həyata keçirdiyi internet operator və provayderlərin uçota alınması elektron sistem vasitəsilə davam edir. Bu günə kimi artıq 107 internet operator və provayder, o cümlədən host provayder uçota alınıb. Bu barədə RİNN- nin mətbuat xidmətindən bildirilir.

Uçotdan keçməyən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında müvafiq link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər.

Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirəcək, genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunacaq. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayacaq.

“Respublika”.