BOSNİYA VƏ HERSEQOVİNA
Digər xəbərlər

BOSNİYA VƏ HERSEQOVİNA

Tarixi təbii dəyərlərini qoruyub saxlayan heyrətamiz ölkə Bosniya Herseqovina Balkan yarımadasının qərbində yerləşən kiçik Avropa dövlətidir. Pravoslav katolik mədəniyyətlərinin kəsişməsi olan bu ölkə şərqdə Serbiya, cənub-şərqdə Monteneqro, şimalda cənub-qərbdə Xorvatiya ilə həmsərhəddir. Adriatik dənizinə çıxışı olan ölkənin paytaxtı ən böyük şəhəri Sarayevodur. 1991-1992-ci il hərbi hadisələrindən əvvəl Yuqoslaviyanın tərkibində olan ölkənin sahəsi 51,1 min kvadratkilometrdir. Ərazi quruluşu baxımından konfederativ ölkədə üç etnik qrup mövcuddur: boşnaklar, serblər xorvatlar. Arasındakı əsas fərq dinlə bağlıdır - bosniyalılar islamı, serblər - pravoslav xristianlığı qəbul edirlər, xorvatlar isə daha çox katolikdir. Serblər əsasən şimal-şərq bölgələrində, xorvatlar - cənub, qərb şimal-qərb bölgələrində, boşnakların əksəriyyəti isə ölkənin mərkəzində yaşayır. Şərqin çıxış, Qərbin isə giriş qapısı sayılan Bosniya Herseqovinada yaşayan əhali slavyan dillərinə yaxın olan dildə danışsalar da, etiqad baxımından əksəriyyəti islama tapınır. Müsəlmanlar 51, pravoslavlar 30, katolik protestantlar 19 faiz təşkil edirlər. Xorvatlar boşnaklar latın əlifbasından istifadə edir, Serbiya ərazisində isə kiril əlifbası qəbul edilir. Eyni zamanda, Bosniya Herseqovina Federasiyasının ərazisində otuza qədər dialekt variantından istifadə olunur ki, bu da yazılı şəkildə öz əksini tapır. İngilis dilindən yalnız böyük şəhər əyalətlərdə istifadə edilə bilər.

Yüksəkkeyfiyyətli kömür, dəmir filizi daş duzu zəngin yataqlarının olması Bosniya Herseqovina ərazisində müxtəlif sənaye sahələrini inkişaf etdirməyə imkan verib. Xüsusilə, bunlar kimya, elektrik, ağac emalı metallurgiya sənayeləridir.

Ölkənin təxminən 90 faizini Dinar dağları şimal-qərbdən cənub-şərqə qədər uzanan alçaq dağ silsilələri əhatə edir. Ən yüksək zirvəsi Maqlikdir (2386 metr). Düzənliklər şimalda (Sava düzü) cənubda Adriatik sahillərində yerləşir. Ölkədə mövcud olan çayların ümumi uzunluğu 2000 kilometrdir. Dunay hövzəsinə aid olan ən böyük çay Savadır. Onun qolları Una, Sana, Vrba, Bosna Drinadır. Digər əhəmiyyətli su arteriyası Neretvadır. Dağlıq relyef bir çox göllərin yaranmasına da səbəb olub. Gözəlliyi ilə məşhur buzlaq mənşəli ən əhəmiyyətli göl Boraçko Belyashnitsa, Pren, Visochitsa zirvələri arasında yerləşir.

Avropanın ən etnik heterogen ölkələrindən biri olan Bosniya Herseqovinanın adət-ənənələri tədqiqatçılar səyyahlar üçün hər zaman xüsusi maraq doğurub. Düzgün, səmimi fikirlərini açıq şəkildə söyləyən bosniyalılar öz mehribanlığı qonaqpərvərliyi ilə seçilir. Asudə vaxtlarını yaxın dostları qohumları ilə keçirməyi sevən bosniyalının evinə qonaq gəldikdə süfrəyə üç dəfə qəhvə verilir: "xoş gəldin qəhvəsi", "söhbət qəhvəsi" "vida qəhvəsi". Qonaq evdən bayıra çıxanda ev sahibi qapını bağlamadan bir müddət gözləyir. Ayrılan qonağın dərhal arxasından bağlanan qapı onun səfərinin arzuolunmaz ya xoşagəlməz olduğunu göstərə bilər. Ünsiyyətcil bosniyalılar ictimai nəqliyyatda asanlıqla söhbət edir, ölkəyə gələn turistlərə öz köməyini əsirgəmirlər. Çox güclü ailə dostluq əlaqələri quran bosniyalılar böyüklərə qarşı hörmətlə yanaşır, qonşuları dostları ilə mehriban münasibət saxlayırlar. Bu ölkənin insanları heç vaxt tələsmir.

Bu bölgənin çoxəsrlik, milli ənənələrinə əsaslanan Bosniya Herseqovinada sənətkarlıq 1995-ci ildə Bosniya münaqişəsi başa çatdıqdan sonra kifayət qədər sürətlə inkişaf etmişdir. Şanlı, müzəffər tarixini, ədəbi mənəvi abidələrini, tarixdə yaşadığı acıları faciələri unutmayan bosniyalılar xorvatların serblərin milli adət-ənənələrini bu günə kimi qoruyub saxlamışdır. Zəngin mədəni irsə malik Bosniya Herseqovinada musiqi çox önəmli yeri tutur. Əsrlərdən bəri burada epik hekayələr mahnı vasitəsilə ötürülüb.

Ticarət yollarının kəsişməsində yerləşdiyinə görə, Bosniya Herseqovinanın milli mətbəxi Cənubi Slavyan, Türk