Bayden Finlandiyada səfərdədir
Siyasət

Bayden Finlandiyada səfərdədir

ABŞ Prezidenti Co Bayden NATO-nun sammiti başa çatdıqdan sonra, Vilnüsdən Helsinkiyə gedib.

"Respublika" xəbər verir ki, ABŞ Prezidentinin təyyarəsi bir-neçə saat əvvəl Helsinki hava limanına enib.

Baydenin gün ərzində Finlandiya prezidenti Sauli Niinisto və digər Skandinaviya ölkələrinin rəhbərləri ilə görüşü gözlənilir. Bu, ABŞ liderinin Avropa turunun son mərhələsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".