Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Gündəm

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Respublika" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:

1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

4. Ziya Bünyadov prospekti, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

7. "20 Yanvar" dairəsində;

8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

13. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

14. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" m/st istiqamətində sıxlıq müşahidə olunur.