Bakıda keçirilən beynəlxalq konfransda yaşıl iqtisadiyyatda milli parlamentlərin rolu müzakirə edilib
Siyasət

Bakıda keçirilən beynəlxalq konfransda yaşıl iqtisadiyyatda milli parlamentlərin rolu müzakirə edilib

Mayın 22- Milli Məclisin ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, Elm, Texnologiya Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev ATƏT-in 27 müxtəlif ölkəsindən 4 beynəlxalq təşkilatdan bir çox nümayəndələrin toplantıya qatıldığını söyləyib.

O milli iqtisadiyyatlarda "yaşıl" prinsiplərin həyata keçirilməsində parlamentlərin rolu, bu sahədə əlaqələrin, davamlı inkişafla bağlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, ATƏT regionunda daha ədalətli, davamlı təhlükəsiz inkişafın təmin edilməsi üçün qarşıda duran hədəflər atılacaq addımlar nəzərdən keçirilməlidir. Azay Quliyev milli parlamentlərin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən bu toplantıda dayanıqlı inkişafın təmin edilməsi üçün "yaşıl" iqtisadiyyat modelinin tətbiqi istiqamətində səsləndiriləcək ideyaların önəmli olduğunu deyib. O, tədbirin hazırda cəmiyyətlərin üzləşdiyi böyük iqtisadi ekoloji təhlükəsizlik problemlərinin effektiv şəkildə həlli üçün yolların müəyyən olunmasına töhfə verəcəyinə inamını ifadə edib.

Diqqətə çatdırılıb ki, bölgəmiz üçün daha davamlı, daha ədalətli daha təhlükəsiz gələcəyin təmin edilməsi baxımından qarşılıqlı hörmət etimad üzərində əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

Sonra konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ölkələrimiz bütövlükdə ATƏT bölgəsi üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün bir çox parlamentarinin bir araya gəlməsi təqdirəlayiqdir. Milli Məclisin sədri qeyd edib ki, ATƏT regionunda mürəkkəb təhlükəsizlik mühiti dövrünün pandemiyadan sonrakı iqtisadiyyatın bərpasındakı çətinliklər digər çağırışlarla müşayiət olunduğu bir vaxtda, bugünkü konfrans davamlı inkişafda yaşıl iqtisadiyyatın qarşılıqlı əlaqənin rolu kimi mühüm məsələlərə həsr olunub.

Bu məsələlərə qısa şəkildə münasibətini açıqlayan Sahibə Qafarovanın sözlərinə görə, "yaşıl" texnologiyaların istifadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm yeni iqtisadi perspektivlər yaradacaq. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət təsir göstərəcək. İnklüziv yaşıl iqtisadiyyata keçid istər-istəməz tədricən olacaq bir çox problemlərlə müşayiət ediləcək. Ancaq irəliyə doğru düzgün addımlar ataraq onu sabit davamlı etmək olar.

Milli Məclisin sədri qeyd edib ki, bu Azərbaycanın gündəmində mühüm yer tutur. Təmiz ətraf mühit yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətindən biri kimi müəyyən edilib. Son illərdə bərpaolunan enerji mənbələrinin enerji təchizatındakı payının əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılıb. 2021-ci ildə parlamentimiz "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanun qəbul edib. Bu gün artıq beynəlxalq tərəfdaşlarla birgə külək Günəş elektrik stansiyalarının tikintisi üzrə bir neçə layihə həyata keçirilir. Yaşıl enerji sahəsində yalnız milli potensialın yaradılması deyil, həm ondan beynəlxalq əməkdaşlığın təşviqində istifadə edilməsi üçün addımlar atılır. Ötən ilin dekabrında Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" Saziş imzalanıb. Azərbaycanın nəhəng bərpaolunan enerji resursları ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu artıracaq.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib. Nəqliyyat prosedurlarının sadələşdirilməsi, milli beynəlxalq hüquqi müddəalardakı boşluqların çatışmazlıqların aradan qaldırılması kimi praktik tədbirlərin görülməsi dəhliz boyunca ticarət əlaqələrini biznes fəaliyyətini daha da genişləndirəcək.

Sonra konfransın açılış mərasimində ATƏT PA-nın sədri Marqareta Sederfelt