Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə bu ayın pensiyaları ödənildi
Sosial həyat

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə bu ayın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə,yaxın günlərdə isə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.

“Respublika”