"AZSIĞORTA" ASC-nin rəhbərliyinə və Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə Müstəqil Auditorun Hesabatı
Rəy
Biz "AZSIĞORTA" Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının audit yoxlamasını apardıq.
Bizim rəyimizə əsasən, əlavə edilmiş Maliyyə Hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatan il üçün maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Nazirliyinin normativ sənədlərinə və digər qanunvericilik aktlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirilir.
Rəyin bildirilməsi üçün əsas
Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti " bölməsində əks etdirilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.
Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik hazırkı Maliyyə Hesabatlarını Maliyyə Nazirliyinin normativ sənədlərinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan Maliyyə Hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.
Maliyyə Hesabatlarının hazırlanması zamanı rəhbərlik Cəmiyyəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi, yaxud bundan başqa, hər hansı digər real alternativi olmadığı hallar istisna olmaqla, Cəmiyyətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən Maliyyə Hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.
Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin Maliyyə Hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.
Maliyyə Hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq Cəmiyyətin Maliyyə Hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə, yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqçılıq və ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə Cəmiyyətin Maliyyə Hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.
Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:
4Saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq Cəmiyyətin Maliyyə Hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.
4Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
4Tətbiq edilən