Azercell Taksit layihəsini təqdim edib
Digər xəbərlər

Azercell Taksit layihəsini təqdim edib

Nömrə əldə etmək istəyən müştərilərə faizsiz hissə-hissə ödəmə imkanı veriləcək

5 dekabr 2023-cü il tarixindən etibarən lider mobil operator Taksit layihəsini təqdim edib.

www.azercellim.com veb-səhifəsində qiyməti 100 AZN üzərində olan bütün Azercell nömrələrinin onlayn qaydada 12 ayadək faizsiz taksitlə əldə edilməsi mümkün olacaq. Azercell nömrəsi almaq istəyən müştəri BirKart abunəçisi olmalıdır. Müştəri alacağı nömrənin qiymətini müəyyən edilmiş müddətlərdən birini seçməklə bir neçə ay ərzində hissə-hissə ödəmə imkanı əldə edəcək və bunun qarşılığında heç bir faiz hesablanmayacaq.

Ətraflı məlumat və bu imkandan yararlanmaq üçün sadəcə www.azercellim.com veb-səhifəsinə keçid etmək lazımdır. Xatırladaq ki, www.azercellim.com saytı sürətli xidmət, istifadəçi rahatlığı və geniş nömrə bazası ilə müştəri təcrübəsini zənginləşdirmək məqsədilə yaradılan ilk e-ticarət (onlayn satış) platformasıdır.