Azərbaycanın tranzit ölkə kimi də əhəmiyyəti artır
İQTİSADİYYAT

Azərbaycanın tranzit ölkə kimi də əhəmiyyəti artır

Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına böyük imkanlar yaratmaqla bərabər, həm türkdilli ölkələrin əsas magistral kəməri statusu qazanan Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin genişlənməsində, yeni münasibətlərin yaranmasında mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin təntənəsi olan BTC Azərbaycanın xarici siyasətinin formalaşmasında, dünya dövlətləri arasında siyasi iqtisadi nüfuzunun artmasında mühüm rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli 2002-ci ildə Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulmuş, 2004- ildə isə "Gülüstan" sarayında Azərbaycan, Gürcüstan Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri boru kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün layihənin son maliyyələşmə sənədlər paketini imzalamışlar. 2006- ildə Türkiyənin Ceyhan şəhərində açılış mərasimi keçirilən, XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin ümumi uzunluğu 1767 kilometr, istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə gündə 1 milyon bareldir.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Mərkəzi Asiya ölkələri öz enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün daha əlverişli etibarlı tərəfdaş olaraq Azərbaycanla əməkdaşlığa üstünlük verdilər. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının nəqlində müstəsna rol oynayır. Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması isə ölkəmizin enerji sahəsində yeni bir mərhələnin başlanğıcıdır.

Qazaxıstanın əsas ixrac marşrutu Rusiya ərazisindən keçir. Belə ki, Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün Xəzər Boru Kəməri Konsorsiumu yaradılmışdır. Ümumi uzunluğu 1511 kilometr olan Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən Konsorsium Qazaxıstan neftinin əsas ixrac marşrutu olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir. Mərkəzi Asiya ölkəsindən nəql olunan neftin 80 faizindən çoxu Tengiz-Novorossiysk boru kəməri vasitəsilə ötürülür. Rusiya illik tutumu 67 milyon ton neft olan kəmərin fasiləsiz olaraq fəaliyyətini təmin edə bilmir. Buna görə Qazaxıstan Rusiyadan asılılığını azaltmaq məqsədilə daha etibarlı ixrac marşrutu axtarır.

Belə ki, ötən il Qazaxıstanın Rusiyadan başqa marşrutlarla neft ixracı 2021-ci illə müqayisədə 638 min ton artaraq 1,8 milyon tona (gündə 36 min barel) çatıb. Xəzər dənizi Cənubi Qafqaz vasitəsilə Qazaxıstan neftinin ixracı nisbətən az olsa da, Moskvanın 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Rusiya limanları alıcılar üçün təhlükəli oldu. Bu isə neft qaz ixracatçısı olan bir çox ölkələr kimi Qazaxıstanı da Rusiya neft kəmərləri ilə əlaqəsi olmayan marşrutlara üstünlük verməyə sövq etdi. Bu baxımdan, keçmiş sovet dövlətləri arasında Rusiya ilə ən uzun quru sərhədinə malik olan Qazaxıstan qonşusu Rusiyadan asılılığı azaltmaq üçün BTC vasitəsilə ixracını artırmağa çalışır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Rusiyadan, o cümlədən onun nəhəng neft kəmərləri limanlar şəbəkəsindən asılılığını məhdudlaşdırmaq istiqamətində düşünülmüş addımlar atır. Belə ki, Xəzər dənizindəki Aktau limanından Azərbaycana neft tədarükü ötən il 28875 ton olduğu halda, bu il 163436 tona yüksəlmişdir. Qazaxıstanın dövlət nəqliyyat şirkəti "Kazmortransflot" bildirib ki, bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan boru kəmərinə əlavə olaraq 104 min ton neft göndərilib. Qazaxıstanın ticarət inteqrasiya naziri Jumanqarin Serik Makaşeviç Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasının sonunda jurnalistlərə müsahibəsində bildirib ki, Qazaxıstan 20 milyon ton neftini Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə ixrac etməyi qarşısına məqsəd qoyub.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Tengiz yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası bu il aprelin 22- Türkiyənin Ceyhan limanından yola salınıb. ARDNŞ, KazMunayQaz, Tengizşevroil, Kazmortransflot