Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni mərhələdə
Türk dünyası

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni mərhələdə

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə inkişafın yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycan ilə əməkdaşlığa can atır bu ölkələr arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan Mərkəzi Asiya ölkələri üçün deyil, həm bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. İstər regionda, istərsə dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Onu da qeyd edək ki, 1990- illər təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün önəmli tarix hesab edilir. Belə ki, məhz bu tarixə qədər türk dünyası beynəlxalq arenada ancaq Türkiyə Cümhuriyyəti ilə təmsil olunurdu. SSRİ-nin süqutu nəticəsində beş türk dövlətinin müstəqillik əldə etməsi türk dünyasını canlandırdı. Müstəqilliyinin bərpasından sonra Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm çoxtərəfli əlaqələri gücləndirməyi qarşısına hədəf qoydu.

Bu il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanda rəsmi səfərdə olub. Səfər zamanı Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü keçirilib. Görüş zamanı Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir. Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş markanın buraxıldığını bildirən Kasım-Jomart Tokayev Ulu Öndərin ölkələrimiz arasında əməkdaşlığın qurulması inkişafındakı böyük tarixi rolunu xatırladıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin açılış mərasimində iştirak ediblər. Ölkə başçımız Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı işğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi ilə əlaqədar Qazaxıstan Prezidentinə təşəkkür edib: "Bu, xalqlarımızın dostluğunun qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur".

Bu gün Azərbaycan Özbəkistan arasında əlaqələr dinamik şəkildə inkişaf edir. Özbək Azərbaycan xalqlarını yaxın milli adət ənənələr, ümumi dil qrupu, mədəniyyət din birləşdirir. Ötən il işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagirdlik məktəb binasının inşasına başlanıldı. Bu il mayın 5- Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir. Bu ilin mayında Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun imzalayıb. Ötən il iyunun 21- Prezident İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Səfər zamanı Azərbaycan Prezidenti Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində iştirak ediblər.

Mərasimdə Özbəkistan Prezidenti çıxış edib: "Biz hamımız tarixə XX əsrin görkəmli siyasi dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma