Azərbaycanda əhalinin sayı açıqlanıb
Sosial həyat

Azərbaycanda əhalinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

"Respublika" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Bildirilib ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin iyun ayının 1-i vəziyyətinə görə 10 148 057 nəfər təşkil edib.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.