Azərbaycan və Türkiyə aeronaviqasiya sahəsində əməkdaşlığı inkişaf etdirir
Digər xəbərlər

Azərbaycan və Türkiyə aeronaviqasiya sahəsində əməkdaşlığı inkişaf etdirir

Avqustun 18-də İstanbulda "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) Avropa və Asiya arasında aeronaviqasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə SOCEA aeronaviqasiya xidməti təminatçılarının Aeronaviqasiya Təhlükəsizliyinin Əlaqələndirilməsi üzrə regional platformanın yaradılması haqqında müqavilə imzalayıb.

SOCEA platformasının yaradılmasının təşəbbüskarları AZAL və Türkiyənin DHMİ-dir. AZAL-ın "Azəraeronaviqasiya" HHİ-nin direktoru Fərhan Quliyev və Türkiyənin DHMİ-nin baş direktoru Hüseyn Keskin tərəfindən imzalanan müqavilə AZAL və DHMİ arasında uğurlu əməkdaşlığın nəticəcisidir. Müqavilə regionda uçuşların təhlükəsizliyini və iki ölkənin aviasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsini təmin edir.

SOCEA beynəlxalq aeronaviqasiya əməkdaşlıq platforması uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə regional strategiyanın işlənib hazırlanması və həyata keçirilməsi, həmçinin regionda aeronaviqasiya xidməti provayderləri arasında əməkdaşlığın təşviqi üçün nəzərdə tutulub. SOCEA, həmçinin regionda hava hərəkətinin təşkili üzrə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və regional səviyyədə uçuş təhlükəsizliyinin idarə olunması üçün risklərin qiymətləndirilməsi yanaşmasının səmərəli tətbiqinə, eləcə də sənayenin rəqəmsallaşdırılması prosesinin modernləşdirilməsinə və standartlaşdırılmasına töhfə verəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.