Azərbaycan-Türkiyə birliyi - regional güc mərkəzi
Türk dünyası

Azərbaycan-Türkiyə birliyi - regional güc mərkəzi

Qardaşın qardaşdan başqa söykənəcəyi, etibar edib güvənəcəyi kimsəsi olmaz. Əgər arxanda dağ kimi dayanıb səni qoruyan qardaşın varsa, demək ki, kənar hücumlar, xəyanətlər elə o dağın kölgəsində əriyib gedəcək. Biz bu fikirləri təsadüfdən yaxud da gəldiyimiz qənaətdən söyləmirik. Bu, bizim dövrümüzün, keçmiş indimizin həyat reallıqlarıdır.

Qloballaşan, çətinləşən mürəkkəb dünya düzənində Azərbaycan-Türkiyə dostluğu təkcə bir millət, iki dövlət məfhumunu ehtiva etmir. Həm çiyin-çiyinə, Osmanlı türkcəsi ilə desək, omuz-omuza söykənmiş iki qardaşın gücünü, yüksəlişini göstərir. Bizim Türkiyə ilə qardaşlığımız, doğmalığımız dünənin, bu günün məsələsi deyil. Bu, kökümüzün, soyumuzun, sonumuzun birləşib, mükəmməlləşən bir tarixində əks olunur. Ulu öndər Heydər Əliyev bu qardaşlığı təcəssüm etdirən fikrini belə ifadə edirdi: "Bir millət, iki dövlət". Zaman-zaman tarixin kəhkəşanlı, təlatümlü məqamlarında bizləri parçalayıb ayırmağa çalışsalar da daxilimizdəki doğmalıq buna imkan verməyib. Bu bölünmələr, parçalanmalar yalnız ərazi, məsafə üzərində olub. Ürəyimizdəki qardaş sevgisi isə heç zaman itməyib, əksinə, məsafələri, sərhədləri adlayıb, əzib öz ünvanına yetişib. Sevgi ümmanında bir pərvəriş tapıb.

Türkiyə dövlətinin böyük oğlu Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Əslində, hər iki şəxsiyyətin, istər Heydər Əliyevin, istərsə Mustafa Kamal Atatürkün söylədiyi fikirlər gələcək Türk dünyasının, Türk gəncliyinin stimulu, mayakıdır. İndi bizim münasibətlərin fonunda bir çox türkdilli ölkələr hərəkətə, həvəsə gəlib. Onlar da bu dostluğu, qardaşlığı özlərinə nümunə, örnək bilirlər. Artıq bütün Türk dünyası Azərbaycan-Türkiyə qardaşlığından bəhrələnir. Özünün inkişaf, təkamül dövrünü yaşayır. Bu yüksəliş təkcə münasibətlərdə deyil, eyni zamanda sosial-iqtisadi, neft sənayesi, qeyri-neft sektoru, enerji, mədəniyyət sahəsində özünün yüksək mərhələsindədir.

2020-ci il, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə dövlətinin xalqımıza olan mənəvi diplomatik dəstəyi hər bir azərbaycanlının yaddaşındadır. Xain, düşmən mövqeyində duran ölkələrin bizə qarşı hücumu zamanı Türkiyə öz qardaşlıq gücünü göstərərək: "Can Azərbaycan tək deyil meydanda. Biz varıq", - dedi.

Bu il fevral ayının 6-da Türkiyədə baş verən zəlzələ zamanı ilk köməyə tələsən, öz maddi-mənəvi köməyini göstərən Azərbaycan oldu. Xalqımız hamılıqla ayağa qalxdı. Gücü çatan, çatmayan bütün köməklikləri göstərməyə, Türkiyədəki qardaş-bacılarımıza dəstəyə tələsdi. Dərdlərini, ağrılarını özümüzünkü bildik. Ağlayanda ağladıq, güləndə güldük. Şükürlər olsun ki, çətin günləri arxada qoyub yeni, daha gözəl, işıqlı sabahlara birgə addımlayırıq.

May ayının 28- keçirilən prezident seçkilərində türk milləti öz düzgün seçimini etdi. Ölkənin yaradılmasının 100 illik ildönümünə ən etibarlı töhfə oldu. Ölkə üç aya yaxın bir zamanda davam edən gərgin mübarizənin sonunu qalibiyyətlə başa vurdu. Hər zaman bütün Türk dünyasına arxa olan, Azərbaycanı özünə qardaş bilib öz dəstəyini göstərən Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gələrək Türkiyənin 13- prezidenti seçildi. Beləcə, qardaş ölkədə yeni yüzilliyin yeni eranın başlanğıcı qoyuldu.

 Bu seçkidə Azərbaycan xalqı dövləti Rəcəb Tayyib Ərdoğanı dəstəklədi öz qardaşlıq dəstəyini göstərdi. Ölkə başçımız İlham Əliyev Türkiyə prezidentini qələbə münasibətilə ilk təbrik edən dövlət rəhbəri oldu. Eyni zamanda hər bir Azərbaycan vətəndaşı bu qələbəni öz uğuru hesab etdi. Ölkəmizdə böyük coşqu yaşandı. Paytaxt sakinləri qələbəni qeyd etmək üçün küçələrə axışdı. Bu, həm bütün Türk dünyasının qələbəsi, gələcək inkişafına böyük təkan