Azərbaycan növbəti mötəbər tədbirə ev sahibliyi edəcək
Siyasət

Azərbaycan növbəti mötəbər tədbirə ev sahibliyi edəcək

COP dünyanın ən önəmli tədbirlərindən biridir. Bu gün dünyada iqtisadiyyat, mədəniyyət və digər sahələr üzrə bir çox təşkilatlar fəaliyyət göstərir. İndi dünyanın qarşısında duran qlobal çağırışlar arasında ekoloji sahə ilə bağlı səsləndirilən fikirlər də yer alır.

Sənayeləşmənin kəskin şəkildə artması, karbon qazı emissiyası ilə bağlı məsuliyyət hissinin olmaması, həmçinin yaşıllıqların kütləvi şəkildə məhv edilməsi qlobal səviyyədə iqlimə çox pis təsir göstərir. Bu gün iqlim dəyişikliyinin mənfi təsirini bütün dünya xalqları hiss edir. Əlbəttə ki, bu da ortaq addım atmanın vacibliyini özündə ehtiva edir. Yəni ənənəvi enerji mənbələrindən istifadənin azalması, alternativ enerjidən istifadəyə geniş yer verilməsi ilə bağlı yeni modellərin işlənib hazırlanması COP-un ən əsas və vacib çağırışlarından biridir. Bu baxımdan da dünya liderləri sonuncu dəfə Dubayda bu məsələ ətrafında toplaşdılar və bir çox panel müzakirələr, konfranslar keçirildi. Azərbaycanın dünyanın üzləşdiyi bu qlobal tendensiyalar və çağırışlar fonunda gələn il COP-a ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir. Birincisi, Azərbaycan artıq mühüm təşkilatlara rəhbərlik edir və yaxud da həmin təşkilatların tədbirlərinin ev sahibi olur. Azərbaycanın COP kimi önəmli platformalarda sədrliyi dövlətimizin qlobal əhəmiyyətli hadisələrə çevik reaksiya verən bir ölkə olduğunu sübut etmiş olur. COP-un növbəti toplantısının Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Tural İSMAYILOV,

siyasi şərhçi.