Azərbaycan ağırlıqqaldıranı Moldovada üç qızıl medal qazanıb
İdman

Azərbaycan ağırlıqqaldıranı Moldovada üç qızıl medal qazanıb

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında üç qızıl medal qazanıb.

“Respublika” xəbər verir ki, yaşı 15-ədək olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Heydərov birdən qaldırmada 118 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalına sahib çıxıb.

O, təkanla qaldırmada da uğurlu çıxışla yadda qalıb. Heydərov 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kq (118+139) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.