Avropa Şurasının Baş katibi: Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur
Siyasət

Avropa Şurasının Baş katibi: Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur

Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur.

"Respublika" xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç X sosial şəbəkəsindəki hesabında yazıb.

“Humanitar vəziyyət və beynəlxalq normalara hörmət əsasdır. Avropa Şurası gərginliyi azaltmağa, dialoqa başlamağa və sülhü bərpa etməyə çağırır. Avropa Şurası dəstək verməyə hazırdır”, - deyə Baş katib qeyd edib.