AVROPA İTTİFAQI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA XÜSUSİ ÖNƏM VERİR
Siyasət

AVROPA İTTİFAQI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA XÜSUSİ ÖNƏM VERİR

Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərinin uğurlu nəticələri buna əminlik yaradır

Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri -Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Müharibədən sonrakı dövrdə bu cür səfərin reallaşdırılmasının əhəmiyyəti böyükdür. Məsələ burasındadır ki, qonaq 44 günlük müharibənin sonunda əldə etdiyimiz tarixi Zəfər nəticəsində regionumuzda formalaşmış yeni reallığı öz gözləri ilə gördü, respublikamızın Şamaxı rayonuna səfəri çərçivəsində Cümə məscidini ziyarət etdi, Azərbaycanın inkişaf səviyyəsi perspektiv inkişaf istiqamətləri ilə tanış oldu, bir sözlə, hər şeyi olduğu kimi görmək imkanı qazandı. Şarl Mişelin səsləndirdiyi fikirlər Avropa İttifaqının bu reallığı qəbul etdiyini təsdiqləyir. Onun səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər -nin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini göstərdi.

Son illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanla Avropa İttifaqı arasında möhkəm fundament üzərində qurulan qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına imkan verdi. Ş.Mişelin səfəri çərçivəsində bu əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə predmeti idi hər iki tərəfə böyük perspektivlər vəd edir.

Onu da qeyd etmək lazımdır ki, Avropa İttifaqına 9 üzv ölkə ilə Azərbaycan tərəfdaşlıq haqda ikili formatda sazişlər, bəyannamələr imzalayıb. Respublikamız Cənubi Qafqazın iqtisadiyyatının 70 faizinə sahibdir bu gün ölkəmizdə Avropa İttifaqına üzv olan dövlətləri təmsil edən 1700-dən artıq şirkət uğurla fəaliyyət göstərir. Respublikamızla Avropa İttifaqı arasında əməkdaşlığın fundamentini ticarət sahəsi təşkil edir bu Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi qədərdir. Bu, Cənubi Qafqaz dövlətləri arasında ən yüksək göstərici olmaqla yanaşı, həm Azərbaycanın Avropa məkanı üçün qocaQitənin Azərbaycan üçün əhəmiyyətini ifadə edir.

COVİD-19 pandemiyası nəticəsində meydana gəlmiş çətinliklərə sıxıntılara baxmayaraq, ilə 2020-ci ilin yekunlarına görə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları səviyyəsində olub. Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı 6,8 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da olduqca səmərəli uğurlu əməkdaşlığın qurulduğunu göstərir.

Təbii ki, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər yer alır. Yəni bu əməkdaşlığın inkişaf etdirilməsi nöqteyi-nəzərdən hər iki tərəf üçün fayda var bunu gerçəyə çevirmək üçün dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliklə reallaşdırdığı siyasi kursun nəticəsində qurulmuş möhkəm əsaslar mövcuddur.

Avropada da qəbul olunan reallıq budur ki, Azərbaycan qitənin enerji təhlükəsizliyini təmin edən ən etibarlı ölkələrdən biridir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə gerçəyə çevrilmiş mühüm Cənub Qaz Dəhlizi istismara buraxıldıqdan sonra neftlə yanaşı, eyni zamanda Avropanı təbii qazla da təchiz edən ölkəyə çevrildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevlə Şarl Mişelin iki saat davam etmiş təkbətək görüşündə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektri əhatə olundu, siyasi əlaqələrdən məmnunluqla danışıldı, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi, Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

Bununla yanaşı, Şarl Mişel Azərbaycana səfəri çərçivəsində -nin ölkəmizlə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək bunun mütərəqqi texnologiyalar əsasında inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Azərbaycanda həm rəqəmsal texnologiyalara, həm ekoloji tarazlığın qorunub saxlanılmasına cavab verən iqtisadi inkişaf mövcuddur ki, b