MÜSTƏQİL AUDİTORUN HESABATI № wgVRDnnlJK
"Atəşgah Sığorta" ASC-nin rəhbərliyinə
Rəy
Biz "Atəşgah Sığorta" ASC-nin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq,
Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 3 I dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və digər etik öhdəliklərimizi bu tələblərə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda. BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkar edir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.
BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəffaflıq nümayiş etdiririk. Biz həmçinin:
=Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
=Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
=İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqidiyini qiymətləndiririk.