Reklam və elanlar

"Atasığorta" ASC-nin 2022-ci il üçün maliyyə hesabatı

Maliyyə hesabatlarının auditinə dair hesabat

Rəy

Biz "AtaSığorta" ASC-nin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, maliyyə nəticələri haqqında hesabatdan, xalis aktivlərdə (kapitalda) dəyişikliklər hesabatından göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, qoşma maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Peşəkar Mühasiblərin Etika Məcəlləsinin" (IESBA) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik biz digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır.

Təhriflər dələduzluq ya səhvlər nəticəsində yarana bilər ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik peşəkar şəffaflıq nümayiş etdiririk. Biz həmçinin:

lMaliyyə hesabatlarında dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk rəyimizi əsaslandırmaq üçün yetərli münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

lCəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi daşımamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.

lİstifadə edilmiş uçot siyasətinin uyğunluğunu rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.

lMühasibat u