AQRAR SAHƏDƏ DAVAMLI İNKİŞAF SAHİBKARLARA GENİŞ ÜFÜQLƏR AÇIB
İQTİSADİYYAT

AQRAR SAHƏDƏ DAVAMLI İNKİŞAF SAHİBKARLARA GENİŞ ÜFÜQLƏR AÇIB

Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək qeyri-neft sektorunun mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Belə ki, kənd təsərrüfatında reallaşdırılan genişmiqyaslı islahatların sayəsində məhsuldarlığın artırılması idxalın yerli istehsalla əvəzlənməsi sahəsində müsbət nəticələr əldə olunmaqdadır. Bir tərəfdən sahibkarlara dövlət dəstəyi aqrar sahənin inkişafına öz töhfəsini verməkdədir. Sevindirici haldır ki, dövlətin hərtərəfli dəstəyi müqabilində öz məsuliyyətini düzgün dərk edərək xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, əhalinin problemlərinin həllində iştirak edən sahibkarların sayı da getdikcə artır.

Qabaqcıl aqrar rayonlardan olan Samuxda da bu sahədə nümunəvi işlər görülməkdədir. Qarayeri qəsəbəsində yaradılmış müasir tələblərə cavab verən "Ata Agro" MMC diqqəti çəkir. Şirkət Azərbaycanda yüksəkkeyfiyyətli müxtəlif növ saf, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidor, xiyar, üzüm, xurma, günəbaxan tumu, qarğıdalı dəni, buğda arpa, yüksəkkeyfiyyətli elit toxumları istehsalı ilə məşğuldur. Şirkətin təsisçisi həyatını dövlətə dövlətçiliyə sərf etmiş, rayon ağsaqqalı, aqrar sahədə təcrübəli, tanınmış mütəxəssis Məmməd Ələkbərov nümunəvi ailə təsərrüfatı yaratmışdır. Oğlu, şirkətin rəhbəri gənc Calal Ələkbərovla birgə aqrar sahənin inkişafına öz töhfələrini verməkdədirlər. Sahibkarlarla tarlada başında görüşdük. Şirkətin rəhbəri Calal Ələkbərovla bu sahədə aparılan işlərin gedişi ilə bağlı həmsöhbət olduq. Müsahibimiz qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, onun hər bir məqamı türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin həyat fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. Xalqın təkidli xahişi ilə ikinci dəfə Ali hakimiyyətə qayıdan ulu öndər tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi makroiqtisadi sabitliyə nail olunmuş, sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır.

Milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirən dövlət başçısı cənab İlham Əliyev ötən dövr ərzində ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərbər etmişdir. Hazırda Prezidentin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman sərəncamların vaxtında icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edərək sahibkarlığın inkişafına güclü təkan vermişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin tərəqqisində mühüm rol oynayır, həmçinin bir model olaraq iqtisadi inkişaf baxımından nümunəyə çevrilməkdədir. Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirmişdir. "Ata Agro" müəssisəsinin mövcud özəl torpaq sahəsində 53 hektarında buğda, 15 hektarında arpa, 9 hektarında qarğıdalı, 8 hektarında kartof əkilmişdir. 5 hektar ən yaxşı üzüm sortlarından olan bağ mövcuddur ki, yüksək məhsulu ilə regionda fərqlənir. Eyni zamanda 2 hektar sahəsi olan istixanada təmiz yüksəkkeyfiyyətli tərəvəz bostan bitkiləri yetişdirilir.

Onu qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsində vəsaitin daha da artırılması üçün mövcud olan imkanlardan biri ölkənin ixrac potensialında ekoloji təmiz mənşəli məhsulların istehsalının genişləndirilməsi ilə bağlıdır. Bununla bağlı artıq 30 hektar sahədə müxtəlif çeşidli meyvələrin yetişdirilməsi üçün bağlar salınıb. Belə ki, 10 hektarda əkilmiş ərik bu il öz bəhrəsini vermişdir. İndi isə 20 hektarda salınan nektarin ağacları isə gələcəkdə yəqin ki, öz ləziz meyvəsi ilə regiona öz töhfəsini verəcəkdir. MMC rəhbəri deyir ki, insan üçün faydalı olan nektarinin tərkibində olan A,