Almaniya Ermənistana qrant və kredit vermək qərarına gəlib.
"Respublika" xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniya Parlament Assambleyasının Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Nils Annen Ermənistanın paytaxtı İrəvanda olub.
Ermənistan-Almaniya hökumətlərarası görüşünün ilk iclasında iştirak edən Annen 84,6 milyon avro məbləğində yardım paketini təsdiqləyib.
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, yardım bərpa olunan enerji mənbələri sahəsində peşə-texniki təhsilə və yeni layihələrə yönəldiləcək.
Bununla da, Ermənistan və Almaniya arasında ticarət dövriyyəsi son üç ildə üç dəfə artıb.
Nils Annen İrəvanda həmçinin bir sıra çıxışlar edib: "Hesab edirəm ki, bu bütün dünyaya çox aydın bir mesajdır ki, Almaniya ilə Ermənistan arasında əməkdaşlığa yeni inkişaf mərhələsinə qədəm qoyub. Ermənistan demokratiyaya, demokratik cəmiyyətə sadiqliyini bir daha sübut edir. Rəsmi İrəvana Qarabağı tərk edənlərin qəbulu və inteqrasiyası üçün ayrıca yardım göndəriləcəyi nəzərdə tutulur."
Həmçinin dövlət katibi Ermənistanın enerji müstəqilliyini gücləndirmək niyyətində olduğunu bildirib: "Bundan əlavə, bərpa olunan enerji sektoruna sərmayə qoyulacaq ki, bu da Ermənistana elektrik enerjisinin qiymətini aşağı salmağa imkan verəcək."
Tacir SADIQOV,
"Respublika".