ADA Universiteti Xorvatiyanın Diplomatik Akademiyası ilə əməkdaşlıq edəcək
Digər xəbərlər

ADA Universiteti Xorvatiyanın Diplomatik Akademiyası ilə əməkdaşlıq edəcək

ADA Universiteti Xorvatiyanın Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası ilə əməkdaşlıq edəcək.

"Respublika" xəbər verir ki, bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç sentyabrın 6-da Anlaşma Memorandumu imzalayıblar.

Qeyd edək ki, sənəd nazir Ceyhun Bayramovun Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində imzalanıb.