“Ac” erməni niyə öz ölkəsinin humanitar yardımını qəbul etməsin?
Digər xəbərlər

“Ac” erməni niyə öz ölkəsinin humanitar yardımını qəbul etməsin?

Zaman göstərəcək ki, Qarabağda yaşayan erməni əsilli vətəndaşların problem və çətinliklərini həll edəcək yeganə dövlət Azərbaycandır. O səbəbdən də nə İrəvanın yalan vədlərinə, nə də Fransa və digər ölkələrin dilənçi payına aldanmamalıdırlar. Əlbəttə ki, Ermənistan rəhbərliyi kimi, Fransa və digər dövlətlərin də öz maraqları, regiona müdaxilə etmək planları var. Qarabağ erməniləri bir məsələni unutmamalıdır ki, bu məqsədlər arxasında sürünən kölgələr müvəqqətidir. Azərbaycan isə öz fikrində qətidir və hər bir vətəndaşının kimliyindən, milliyyətindən asılı olmayaraq problemlərini həll etməyə hazırdı. Bunu Ermənistan da çox gözəl bilir. Artıq Ermənistan hakimiyyəti Azərbaycanın qarşısında acizdir.

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra ölkəmiz Ermənistanın qarşısında dəfələrlə şərt qoyub ki, qanunsuz erməni birləşmələri Qarabağdan çıxarılmalı, ərazilərimizdə yaşayan mülki ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməlidir. Əlbəttə ki, bu şərtlər gerçəkləşəcəyi təqdirdə, Qarabağdakı erməni əsilli əhalinin nə humanitar yardıma ehtiyacı olacaq, nə də Ermənistan da daxil olmaqla hər hansı xarici dövlətin himayəsinə. Ancaq Ermənistan sözdə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanısa da, praktiki olaraq separatizmi dəstəkləməkdə davam edir. Bu da son nəticədə Qarabağdakı erməni əhalini Xankəndidəki cinayətkar ünsürlərin