ABŞ və Böyük Britaniya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində səylərini artırıb. Xatırlayaq ki, Ermənistanın sülh prosesinə yenidən cəlb olunmasında Birləşmiş Ştatların rolu danılmazdır. Xüsusilə Rusiya ilə mübarizədə sülhün məhz qərb və Amerika tərəfindən təmin edilməsi üzrə atılan addımların şahidi oluruq. Azərbaycanın isə sülh prosesi ilə bağlı mövqeyi aydındır. Bu məqam aprelin 30-da ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bir daha diqqətə çatdırılıb. Dövlət başçımız Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı olduğunu və beynəlxalq hüququn normalarına uyğun olaraq 5 prinsip əsasında sülh təklif etdiyini diqqətə çatdırmışdı.
ABŞ-ın Cənubi Qafqaza meyil etməsi və proseslərdə iştirakı olduqca vacibdir və ABŞ-ın konstruktiv addımları sülhə töhfə verə bilər. Birləşmiş Ştatların regiona maraqları uzun müddətdir ki var. ABŞ-ın sülh sazişinin imzalanması ilə bağlı səyləri də məhz həmin maraqların davamıdır. Sevindirici haldır ki, bu yanaşmada Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suveren hüququna dəstək göstərilir. Vaşinqton görüşündə də bu məsələnin xalqların öz müqəddəratını həlletmə prinsipi əsasında deyil, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bildirən ABŞ öz mövqeyini bir növ bəlli etmişdir. Yəni Amerika Qarabağ ermənilərini daha çox milli azlıq kimi görür və erməni azlığının öz müqəddəratını təyinetmə hüququnun olmaması diqqətə çatdırılır. Onlar yalnız sülh şəraitində və Azərbaycan dövlətinin suveren ərazilərində onun vətəndaşı olaraq öz hüquqlarına sahib ola bilərlər.
Fevralın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığı zamanı iki ölkə arasında münasibətlər regionda vəziyyət və sülh prosesi barədə ətraflı müzakirə aparılıb. Ceyhun Bayramov qeyd edib ki, "Bölgədə guya "blokada" və "çətin humanitar vəziyyət" barədə heç bir dəlil yoxdur. Bununla yanaşı, Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, hərbi təxribatlar və qeyri-qanuni fəaliyyətləri davam etdirməsi öhdəliklərin kobud şəkildə pozuntusudur. Qeyd etmək lazımdır ki, ABŞ-ın xüsusi rolu ilə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.
Böyük Britaniya da qlobal güc olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır. Fevralın 22-də ADA Universitetinin və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə "Birləşmiş Krallığın xarici siyasət prioritetləri" mövzusunda müzakirələr zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokertinin "Azərbaycanın təhlükəsizliyi bizim üçün Britaniyanın təhlükəsizliyi qədər vacibdir" ifadəsi deyilənləri təsdiq edir... Biz Azərbaycanla Ermənistanı sülh prosesinin və danışıqların davam etdirilməsinə çağırır və bunu təşviq edirik. Biz inanırıq ki, irəliyə getməyin ən yaxşı yolu bütün tərəflərin müsbət mühitdə müzakirələr aparmasıdır. Biz açıq şəkildə bildirmişik ki, bu proses davam edərsə, onun çoxlu dividendləri və faydası olacaq. Hər kəs sülhün olduğu gələcək istəyir. Böyük Britaniya olaraq biz bütün tərəfləri gələcək sülh prosesində səmimi şəkildə iştirak etməyə çağırırıq.
Digər tərəfdən, Azərbaycanın regional lider olaraq başda enerji ixracatı olmaqla bir sıra qlobal əhəmiyyətli layihələrdə önəmli rol oynaması adanın və Amerikanın diqqətindən yayınmır. Prezident cənab İlham Əliyevin də bildirdiyi kimi: "ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər".
Mayın 31-