Bayden administrasiyası 120 ölkə liderini martın 30-da keçiriləcək demokratiya sammitinə dəvət etdi. 2021-ci ildə olduğu kimi, Azərbaycan dəvətlilər arasında yer almayacaq. Baxmayaraq ki, tədbirin baş tutmasına bir neçə gün var, artıq ikili standartlar ABŞ-ın evsahibliyində özünü büruzə verir. Lixtenşteyn, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya kimi yeni və demokratik çərçivəyə tam uyğunlaşmamış dövlətlər dəvət edilərkən, Türkiyə, Macarıstan və Azərbaycan kimi siyasi müstəvidə öz xətti olan və açıq siyasət yürütmə qabiliyyətinə malik dövlətlərin iştirakı nəyə görə əngəllənir? Bununla yanaşı, ikili standartların bariz nümunəsi olaraq siyasi iflasa uğramış dövlət kimi Ermənistanın dəvəti sammitin demokratiya anlayışına kölgə salır. Maraqlı məqamlardan biri də sammitin əsas təşkilatçısının USAID və onun qatı ermənipərəst rəhbəri Samanta Poverdin olmasıdır.
Adı ilə məramının ziddiyyət təşkil etdiyi tədbir bunu deməyə əsas verir ki, Cənubi Qafqazda, xüsusən də anti-Rusiya siyasətinin güclənməsində iştirakçılar dəqiqləşdirilsin və bu məsələ demokratiya adı ilə pərdələnsin. Heç şübhəsiz, yeni dünya düzəninin formalaşdığı dövrdə Qərbdən və Cənubi Qafqazdan Rusiyaya hərbi və siyasi təzyiqlərin artırılması üçün yeni "piyada"nın - Ermənistanın demokratiya sammitində iştirakı Amerikanın siyasi xəttinə tam uyğundur. Sammitin bəzi iştirakçıları, eləcə də demokratiyanın beşiyi hesab olunan Amerika ərazilərimizdə əsrlər boyu törədilən cinayətlərə qarşı hayları təzyiq altında saxlamayacaqsa, bu sammit heç bir zaman öz prioritetlərini tam icra edə bilməyəcək. Hərçənd ki, heç Amerikanın özü belə demokratiyanın vacib müddəalarına cavab verə bilmir, lakin şəffaflıq və ədalət tələb edən bir məsələyə evsahibliyi edir. Cinayətkarla eyni masada - onun yanında yer alan Amerika demokratiya tarazlığını necə tənzimləməyi düşünür? Ümumiyyətlə, sammitin əsas məqsədi demokratiyadırmı? Təsadüfi deyil ki, dəvət edilən ölkələrdən bəziləri ilə son zamanlar Amerika birgə siyasi addımlar atmağa çalışır. Məhz Rusiyaya qarşı Gürcüstan və Ermənistanın dəvət edilməsi bu qəbildəndir. Bununla yanaşı, müstəqil siyasət yürüdən və Amerikanın Anadoluya, Yaxın Şərqə təzyiqlərinin qarşısında duran qardaş Türkiyənin də dəvət edilməməsi bütün suallara aydınlıq gətirir.
Tarixə nəzər salsaq görərik ki, martın 30-da keçiriləcək sammitin iştirakçılarının xarici siyasətdə Amerika meyilli mövqeyi bəllidir. Bu da öz növbəsində beynəlxalq müstəvidə demokratiya anlayışının kəskin şəkildə pozulduğunu göstərir. Amerika bu gün öz tərəfdaşları və xarici siyasəti ondan asılı olan dövlətlərlə eyni masa arxasında əyləşir. Heç şübhəsiz, bunun adı demokratiya deyil. Hər hansı bir siyasi gedişə hesablanmış, şəffaflıqdan kənar keçiriləcək görüşün Amerikanın demokratik nüfuzuna da mənfi təsiri vurğulanmalıdır. Hayların Avropadakı havadarlarından sonra Amerikanın da Azərbaycana əks mövqeyi diqqətdən yayınmamalıdır. Unudulmamalıdır ki, masadakı Ermənistandan fərqli olaraq, Azərbaycan Cənubi Qafqazda və regionlarda sabitliyin bərpa olunmasına xidmət edir və təcavüzkarın qarşısını alır. Bununla yanaşı, Ermənistanın Avropa Parlamentinin havadarlığı ilə ərazilərimizdə siyasi və hərbi gərginlik yaratma istəyi də Amerika tərəfindən gözardı edilir. Amerikanın evsahibliyi ilə keçiriləcək tədbirdə Cənubi Qafqazdan bir o qədər uzaq, anti-Rusiya meyilləri üçün əlverişsiz və tərəf ola bilməyəcək, humanitar və demokratik aspektlərə tam uyğun olan Macarıstanın dəvət olunmamasının altında yatan səbəblər isə tam fərqlidir. Demokratiya adı altında türkofob addımların müşahidə ediləcəyi sammitdə irqçiliyin bu növü də bariz görünür. Görünən odur ki, Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qatılması okeanın o tayını təlaşlandırır.
Demokratiya sammitinin əsas müddəalardan kənar keçirilməsinin başqa bir sübutu dünya liderlərinin dəvət edilməsinə baxmayaraq, Ermənistan tərəfindən isə Baş nazirin iştirak etməsidir. Nikol Paşinyan faktiki olaraq Ermənistanın lideri deyil və Cənubi Qafqazdan dəvət olunan Gürcüstan kimi öz ölkə liderini demokratiya sammitinə göndərməlidir. Paşinyan isə siyasi kütləcə zəif olan Ermənistan prezidentinin hayları lazımınca təmsil edə bilməməsindən ehtiyatlanır. Konstitusiya Məhkəməsini s