"Əvvəlcə mən pandemiya səbəbindən ikiillik fasilədən sonra Xəzər Neft və Qaz Sərgisinin yenidən başlanmasına görə təşkilatçılara təşəkkürümü bildirmək istərdim. Şadam ki, bu gün bütün dünyadan gəlmiş qonaqlarımız buraya toplaşıblar. Ümid edirəm ki, Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək…".
2022-ci il iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Bu sözləri açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Qlobal tədbirlərə evsahibliyi edən paytaxt Bakıda iyunun 1-dən üç layihəni özündə cəmləşdirən Bakı Enerji Həftəsi tədbirində - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu keçirilib. Böyük Britaniyanın "ICA Group" şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor tədbirdə çıxış edərək Bakıda keçirilən sərgilərə davamlı olaraq dəstək verdiyinə görə və bu mühüm sənaye tədbirinin açılışında ənənəvi olaraq iştirak etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyevin tədbirdə iştirak etməsinin bu sənaye sahəsinin region üçün əhəmiyyətini və eyni zamanda, həmin sənaye sahəsinin daxilində bu tədbirin əhəmiyyətli olduğunu vurğulayıb.
İlk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən "Xəzər Neft və Qaz" sərgisi bundan sonra ənənəvi hal alıb. Ulu öndərin vasitəçiliyi ilə keçirilən sərginin adı o zaman "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. Sonralar isə sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Əlavə olaraq hər il baş tutan sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilir. Qeyd edək ki, sərgi və konfrans Azərbaycandan Bakıda fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alıb.
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan "Əsrin müqavilə"si də məhz ilk sərginin keçirildiyi ildə bağlanmışdır. "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlı sərgidən sonra Azərbaycanın enerji imkanları, xüsusilə neft sektorundakı potensialı dünyaya tanıdıldı. Bununla da Azərbaycanda neft strategiyasının əsası qoyulmuş oldu.
Xatırladaq ki, keçən il keçirilən sərgi və forumda 30 ölkədən 249 şirkət iştirak edib. İştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə isə hər zaman olduğu kimi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərib. Bakı Ekspo Mərkəzində baş tutmuş sərgidə dünyanın nüfuzlu şirkətləri olan - ACWA Power, BP, Equinor, Masdar, INPEX, Türkiye Petrolleri, Baker Hughes, Microsoft, PASHA Bank, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling, Caspian Marine Services Limited, Ernst & Young, Global Energy Azerbaijan Management, Tekfen qatılıb.
2022-ci ildə keçirilən forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edib. Bakı Enerji Forumunun proqramına yerli və xarici şirkətlərin nümayəndələrinin qarşılıqlı dialoq qurmasına və əldə olunacaq əməkdaşlığın bütün aspektlərini ətraflı şəkildə müzakirə etməyə imkan verəcək ikitərəfli işgüzar görüşləri baş tutub. Tədbirdə Azərbaycan