Paytaxtın bir sıra yollarında tıxac yaranıb
Gündəm

Paytaxtın bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

"Respublika" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

7. Bakıxanov küçəsi hər iki istiqamətdə;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Babək prospekti, mərkəz istiqamətində;

14. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

15. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

16. "20 Yanvar" dairəsində;

17. Mehdi Hüseyn küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində;

18. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.