Yunanıstanın Rodos adasında şiddətli meşə yanğınları davam edir.
"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilib ki, alov adanın cənub-şərqindəki sahil kurortlarına yaxınlaşıb. Buna görə də təxminən 20 min insan evlərini və otellərini tərk etmək məcburiyyətində qalıb. Türkiyə isə meşə yanğınını nəzarət altına almaq üçün adaya iki amfibiya yanğınsöndürmə təyyarəsi və bir helikopter göndərib.
Jalə QASIMZADƏ,
"Respublika".