DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NETANYAHU UKRAYNAYA SİLAH VERİLMƏMƏSİNİN SƏBƏBİNİ AÇIQLAYIB

İsrail Rusiya İranla bağlı iki səbəbdən silahlarını Ukraynaya göndərmək niyyətində deyil. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

Eyni zamanda, baş nazir qeyd edib ki, Ukraynaya hərbi yardım məsələsində İsraillə bağlı xüsusi durum var, bu, Polşa, Almaniya, Fransa Kiyevin digər tərəfdaşlarının vəziyyətindən fərqlənir.

Bizim Rusiya ilə yaxın hərbisərhədimiz var. Pilotlarımız Suriya səmasında rus pilotlarının yanında uçur. Düşünürəm ki, İranın şimal sərhədimizdə hərbi mövqelər yaratmaq cəhdlərinə qarşı fəaliyyət azadlığımızı qoruyub saxlamağımız vacibdir”, - deyə Benyamin Netanyahu vurğulayıb.

Baş nazirin sözlərinə görə, Ukraynaya silah verilməməsinin ikinci səbəbi onların döyüş meydanında rusların qənimətinə çevrilməsi daha sonra İrana veriləcəyi bu silahlardan İsrailin özünə qarşı istifadə etməyə çalışacağı məsələsidir.

Bu, nəzəri ehtimal deyil. Bu, indi sərhədlərimizin yaxınlığında gördüyümüz Qərbin tank əleyhinə silahları ilə baş verənlərdir. Ona görə burada çox diqqətli olmalıyıq”, - deyə İsrailin baş naziri əlavə edib.

 

ƏLCƏZAİRİN XİN BAŞÇISI: FRANSA DAXİLİ İŞLƏRİMİZƏ QARIŞA BİLMƏZ

Fransanın Əlcəzairin daxili işlərinə qarışmaq hüququ yoxdur”. “Reportagentliyinin məlumatına görə, bunu Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Romaya rəsmi səfəri zamanı İtaliyanınNovaxəbər agentliyinə müsahibəsində bildirib.

Əlcəzairli nazir Fransa xarici işlər naziri Ketrin Kolonnanın bu ölkənin dövlət himninin sözlərinə yenidən baxılması ilə bağlı çıxışındanheyrətləndiyinibildirib.

Fransadakı bəzi partiyalar ya siyasətçilər Əlcəzairin siyasi məqsədlər üçün asan bir mövzuya çevrildiyi təəssüratındadırlar”, - deyə Əlcəzairin XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Əlcəzairin dövlət himninə əlavə edilmiş bənddə Fransa hesablaşma günüilə bağlı ifadə var. Əlcəzairin dövlət himni 1962-ci ildə qəbul edilib. Bu bənd Parislə gərginlik yaratmamaq məqsədilə himndən çıxarılsa da, sonradan yenidən əlavə olunub.

 

OBAMADAN HİNDİSTANA MÜSƏLMANLARLA BAĞLI XƏBƏRDARLIQ

ABŞ prezidenti Cozef Bayden görüşdüyü Hindistan baş naziri Narendra Modi ilə əksəriyyəti hindlilərin təşkil etdiyi Hindistanda müsəlman azlığın qorunmasından danışmalıdır”. “Teleqraf.comun xəbərinə əsasən, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama bildirib.

Keçmiş dövlət başçısının sözlərinə görə, ABŞ prezidentlərinin xarici liderlərlə insan haqları barədə danışması məsələsi mürəkkəbdir, əlaqələrdə iqtisadi təhlükəsizlik maraqları da nəzərə alınır. Bununla belə, Obama Baydenin Modi ilə görüşündə Hindistanda müsəlman azlığın qorunmasının qeyd olunmağa dəyər bir məsələ olduğunu vurğulayıb.

Baş nazir Modi ilə görüşsəydim, arqumentlərimin bir hissəsi belə olardı: Hindistanda etnik azlıqların hüquqlarını qorumasanız, Hindistanın vaxtsa parçalanmağa başlaması ehtimalı yüksəkdir”, - deyə Obama əlavə edib.

Məlumat üçün qeyd edək ki, amerikalı demokrat konqresmenlər, o cümlədən ABŞ-da yaşayan müsəlmanlar Hindistanda insan haqları ilə bağlı duruma görə Narendra Modinin Konqresdəki çıxışını boykot ediblər.

 

TİTANIN QALIQLARI OKEANIN 4 KİLOMETR DƏRİNLİYİNDƏ TAPILIB

Atlantik okeanındaTitanikgəmisinin qəzaya uğradığı yerə 18 iyunda turistik ekspedisiyaya gedərkən yoxa çıxan sualtı qayıq tapılıb. “TRTtelekanalının verdiyi xəbərə görə, sualtı qayıqda olan 5 nəfər həlak olub.

ABŞ Sahil Mühafizəsi Xidməti səlahiyyətliləri sualtı qayığın təzyiq nəticəsində partladığını parçalandığını bildirib. Parçalar okeanın 4 kilometr dərinliyində, “Titanikgəmisinin dağıntılarından 488 metrlik məsafədə aşkar edilib.

The Wall Street Journalqəzetinin məlumatına görə, ABŞ Hərbi Dəniz Donanmasının gizli səs sistemiTitansuya girəndən az sonra partlayış səsini