DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ: UKRAYNANIN 200 MİN KVADRATKİLOMETR ƏRAZİSİ MİNALANIB

Rusiya Ukraynanın 200 min kvadratkilometrlik ərazisini minalayıb. “Reportagentliyinin xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Prezident bildirib ki, Ukrayna ordusunun cəbhədə yavaş irəliləməsinin əsas səbəblərindən biri məhz budur. “Bəziləri düşünür ki, gedən döyüşlər bir Hollivud filmidir tez bir zamanda nəticələr gözləyirlər. Bu heç belə deyil”, - deyə Zelenski əlavə edib.

Dövlət başçısçı həmçinin qeyd edib ki, NATO-nun təhlükəsizlik zəmanəti rəsmi Kiyev üçün olduqca vacibdir: “Lakin Alyansa üzvlük bizim üçün son məqsəddir”.

Bununla yanaşı, Zelenskinin sözlərinə görə, qələbə Ukrayna üçün zəruridir: “İşğalçılıq siyasəti davam edərsə, Rusiyada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, biz danışıqlar masasına oturmayacağıq. Biz müharibənin dondurulmasına razı olmayacağıq”.

Məlumat üçün qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24- başlayıb.

 

TÜRKİYƏ YENİ AES-lərin TİKİNTİSİ İLƏ BAĞLI DANIŞIQLAR APARIR

Türkiyə Sinop vilayətində tikiləcək ikinci atom elektrik stansiyası üçün Rusiya Cənubi Koreya ilə, Trakya vilayətində tikiləcək üçüncü atom elektrik stansiyası üçün Çinlə danışıqlar aparır. “Trendagentliyinin məlumatına görə, bu barədə Türkiyənin Nüvə Enerjisi Beynəlxalq Layihələr Baş İdarəsinin rəhbəri Salih Sarı məlumat verib.

Eyni zamanda, idarə rəhbərinin sözlərinə görə, dördüncü atom elektrik stansiyası üçün tədqiqatlar davam edir.

Bununla yanaşı, Salih Sarı Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının birinci blokundakı işlərin tamamlanmaq üzrə olduğunu qeyd edib. Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12- Türkiyə Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgəsində tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub. Aprelin 27- Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

 

ÇİN HÖKUMƏTİ ENTONİ BLİNKENİ SOYUQ QARŞILAYIB

Çin hökuməti ABŞ dövlət katibi Entoni Blinkeni qəsdən soyuq qarşılayıb. Bu barədə YaponiyanınThe Nihon Keizai Shimbunnəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Entoni Blinken səfər zamanı Çin hökumətini ölkələrin hərbi rəhbərliyi arasında dialoqun bərpasına razılaşdıra bilməyib.

Bununla yanaşı qəzet qeyd edib ki, 19 iyunda təşkil edilən görüşdə iştirakçıların masa ətrafında yerləşdirilməsi Çin liderinin malik olduğu gücü nümayiş etdirmək məqsədi daşıyırdı.

Belə ki, Çin Sədri Si Cinpin oval masanın başında, Çin ABŞ nümayəndə heyətlərinin üzvləri isə onun sağ sol tərəfində yerləşdirilmişdi.

Məqalədə həmçinin o da əlavə olunub ki, ABŞ dövlət katiblərinin Pekinə əvvəlki səfərləri zamanı iclas iştirakçılarının yerləşdirilməsi tamamilə fərqli idi. Məsələn 2018-ci ildə baş tutan görüş zamanı ABŞ-ın sabiq dövlət katibi Maykl Pompeo Si Cinpin yan-yana əyləşmişdi.

 

TÜRKİYƏDƏTİKTOKDAKI CİNAYƏTKAR DƏSTƏYƏ QARŞI ƏMƏLİYYAT KEÇİRİLİB

Türkiyənin Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsiTikToksosial şəbəkəsində oğurlanmış kredit kartlarından əldə edilən gəlirləri yuyan cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirib. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə,  120 şübhəlinin tutulduğu əməliyyatda 1,2 milyard lirənin yuyulduğu müəyyən edilib.

Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, vətəndaşların kredit kartı məlumatlarını ələ keçirən fırıldaqçılar bu kartlarlaTikTokda jeton alıb, müxtəlifTikTokfenomenləri ilə əməkdaşlıq edərək pulları yuyublar. Məlumat üçün qeyd edək ki, “TikTokcanlı yayımlarında izləyicilər jeton göndərməklə yayımcıya maddi dəstək verə bilirlər.

Fırıldaqçıların oğurlanmış