DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BELARUS PREZİDENTİ: RUSİYA BİZƏ NÜVƏ SİLAHI VERİB

Belarus Rusiyadan taktiki nüvə silahı almağa başlayıb. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Dövlət başçısının sözlərinə görə, göndərilən silahların bəziləri ABŞ-nin 1945-ci ildə Yaponiyanın Xirosima Naqasaki şəhərlərinə atdığı atom bombalarından güclüdür.

Eyni zamanda, Aleksandr Lukaşenko belə bir bombanın 1 milyon insanı öldürə biləcəyini qeyd edib. “Rusiyadan aldığımız raket bombalarımız var. Bunlar Xirosima Naqasakiyə atılan bombalardan üç dəfə güclüdür".

Belarus lideri vurğulayıb ki, göndərilmə prosesi hələ başa çatmayıb. Lukaşenko onu da qeyd edib ki, Belarusda sovet dövründən qalan çoxsaylı nüvə anbarları mövcuddur. Həmin silahlar məhz bu anbarlarda yerləşdiriləcək.

Eyni zamanda, Aleksandr Lukaşenko bildirib ki, Ukraynadakı müharibə bitdikdən sonra da Qərb ölkəsi üçün təhdid mənbəyi olaraq qalacaq.

 

NİKOL PAŞİNYAN ÖZ KOMANDA ÜZVLƏRİNƏ GÜVƏNİ İTİRİB

Ermənistanın baş naziri Nikol Paşinyan artıq öz komanda üzvlərinə güvənini itirib. “Reportagentliyinin verdiyi xəbərə əsasən, bu barədə ErmənistanınJoqovurdqəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Nikol Paşinyanın təhlükəsizlik xidmətinin əməkdaşları görüşlərdən əvvəl hakimVətəndaş Sazişipartiyasının deputatlarının telefonlarını ağıllı saatlarını yığırlar.

Verilən xəbərə əsasən, deputat Ovik Ağazaryan bu məlumatı təsdiqləyib. deputat iddia edib ki, guya bu, parlamentarilərin diqqətinin yayınmaması üçündür.

Eyni zamanda, ErmənistanınHraparakqəzeti yazır ki, iyunun 10-da Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın oğlu Arşak Orduxanyanın toyunda iştirak edib. Baş nazirin gəlişindən əvvəl təhlükəsizlik işçiləri təxminən 900 qonağı metal detektorları ilə yoxlayıb. Nəşr iddia edir ki, bunlar Nikol Paşinyanın təhlükəsizlik qayğılarından irəli gəlir.

 

UKRAYNA ORDUSU MARİUPOL İSTİQAMƏTİNDƏ İRƏLİLƏMƏYƏ BAŞLAYIB

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar silahlı qüvvələrin uğurlu əks-hücum əməliyyatı barədə məlumat verib. “Teleqraf.comun xəbərinə görə, nazir müavini Ukrayna ordusunun ötən ildən Rusiyanın nəzarətini altında olan Mariupol şəhəri istiqamətində irəlilədiyinə eyham vurub.

Ukrayna müdafiə qüvvələri qismən uğurla hücum əməliyyatı keçirməyə davam edir”, - Anna Malyar əlavə edib.

Məlumata əsasən, Ukrayna Silahlı Quvvələri Baxmut istiqamətində müxtəlif ərazilərdə 200-500 metr, Zaporoje vilayətində isə 300-350 metr irəliləyiblər.

Ukrayna rəsmisinin sözlərinə görə, ölkə qoşunları son dərəcə şiddətli döyüşlər, düşmənin aviasiya artilleriya üstünlüyü şəraitində hərəkət edir.

Bununla yanaşı, Anna Malyar qeyd edib ki, Berdyansk istiqamətində Makarovka kəndi yaxınlığında, Mariupol istiqamətində isə Novodanilovka Novopokrovsk rayonlarında döyüşlər davam edir.

 

BMT MALİYYƏ ÇATIŞMAZLIĞI SƏBƏBİNDƏN SURİYAYA YARDIMI İKİ DƏFƏ AZALDIR

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Suriyaya ayrılan yardımın həcmini demək olar ki, iki dəfə azaldacaq. “Reportagentliyinin məlumatına görə, bu barədə təşkilatın yaydığı bəyanatda qeyd olunur.

Bildirilir ki, yardım ümumilikdə 5,5 milyon nəfər üçün nəzərdə tutulmuşdu. Hazırda isə bu rəqəm 2,5 milyona enəcək.

Eyni zamanda, açıqlamada vurğulanır ki, qərar ərzaq yardımı olmadan bir həftə belə yaşaya bilməyən üç milyon suriyalının xeyrinə verilib.

Təşkilat qeyd edir ki, yardım eyni həcmdə davam etsəydi, bütün resurslar bu ilin oktyabrına qədər tamamilə tükənə bilərdi.

 

İSVEÇ NÜMAYƏNDƏSİ: TÜRKİYƏ İLƏ RAZILIĞA GƏLMƏYİMİZƏ HƏLƏ ÇOX QALIB

İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlardakı nümayəndəsi Oskar Stenström Ankarada türkiyəli həmkarları ilə görüşdən sonra tərəflərin razılığa gəlməsinə hələ çox qaldığını bəyan edib. “TASSagentliyinin verdiyi xəbərə görə, tərəflərin İsveçin Alya