Dondurma yeyərkən niyə başımız ağrıyır?
Yay mövsümündə ən çox qəbul etdiyimiz qidalardan biri də dondurmadır. Dünyanın ən populyar deserti hesab edilən bu qida öz şirinliyi və soyuqluğu ilə yayın ən qızmar günlərində ürəklərimizə sərinlik verir. Lakin unutmamalıyıq ki, dondurma özü ilə bərabər, həm də risklər, təhlükələr də gətirə bilər. Belə ki, bu qida tez bir müddətdə yeyildikdə baş nahiyəsində qəfil ağrıların yaranmasına səbəb olur. Bəs bu nə ilə əlaqəlidir?
Dondurma yeyərkən yaranan baş ağrısına "beyin donması" (Brain Freeze) deyilir. Tez zamanda həddindən artıq soyuq şəkildə yeyilən bu qida sonradan baş nahiyəsində ağrılara səbəb ola bilir.
Alimlər bu ağrının səbəbini baş nahiyəsinin anidən sürətli bir şəkildə soyumasına qarşı beynin reaksiyasının olduğunu deyirlər. Həmin nahiyəni yenidən isitmək istəyən bədən qan axınında ani bir artım yaşayır ki, nəticədə qan damarları qəfil genişlənir. Qan damarlarının qəfil genişlənməsi isə baş nahiyəsində yaranan ağrıya səbəb olur. Tədqiqatçılar bunun zərərli olmadığını bildirsələr də, dondurmanın yavaş-yavaş istehlak edilməsini tövsiyə edirlər.
Uzunömürlü insanların oxşar cəhətləri
Boston Universiteti Tibb Fakültəsinin tədqiqatçıları 100 ildən çox yaşayan insanların DNT-sində oxşarlıqlar aşkar ediblər. Aparılan yeni araşdırma zamanı məlum olub ki, uzunömürlü insanlar unikal immun sisteminə malikdirlər.
İndiyə qədər aparılan araşdırmaların nəticələri göstərir ki, qocalmanın ən böyük əlamətlərindən biri immunitet sisteminin düzgün işləməməsidir. Belə ki, immunitet hüceyrələri xəstəliklərdən qorunmaq və uzunömürlülüyü təşviq etmək üçün xidmət edən mühüm mexanizmlərin əsasını təşkil edir.
Bu yaxınlarda "EBioMedicine" akademik jurnalında dərc edilən yeni araşdırmada 100 yaşdan yuxarı 7 nəfərin qanında dövr edən immun hüceyrələrinin geniş kateqoriyası olan periferik qanın mononüvəli hüceyrələrində (PBMCs) molekulları qiymətləndirmək üçün təkhüceyrəli ardıcıllıq təhlil olunub. Tədqiqatçılar daha sonra müxtəlif hüceyrə növlərinin nisbətinin və daxili fəaliyyətinin yaşla necə dəyişdiyini analiz etmək üçün qabaqcıl hesablama üsullarından istifadə ediblər. Onlar yalnız 100 ildən artıq yaşayanlara xas olan hüceyrə tipinin tərkibində və funksiyasında dəyişikliklər aşkar ediblər ki, bu da yaşla əlaqədar normal immun reaksiyanı əks etdirir.
Tədqiqatın müəllifi Tanya Karagiannis bildirib ki, bu məlumatlar 100 yaşdan yuxarı insanların xəstəliklərdən sağalmalarına və həddindən artıq çox yaşamalarına imkan verən qoruyucu faktorlara malik olduğunu sübut edir.
Alimlər belə qənaətə gəliblər ki, insanlar həyatları boyu infeksiyalara yoluxub sağaldıqca, onların immun sistemləri bu infeksiyalara uyğunlaşmağı öyrənir. Amma bu qabiliyyət adətən yaşla azalsa da, uzunömürlü insanların hüceyrələrində qalır.
Şirniyyat asılılığı olanlar oxusun!
Elə insanlar var ki, adətən səhər yeməklərində şirniyyat yeməklə kifayətlənirlər. Belə hallarda isə çox zaman evdə bişirilən şirniyyat olmadıqda mağazadan alınma simit, bulka kimi un məmulatlarına üstünlük vermək məcburiyyətində qalırlar. Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, sözügedən məhsulların - xüsusilə səhər yeməklərində çay və şirniyyat ikilisinin istehlakı insan orqanizminə böyük təhlükə yarada bilər.
Məlumdur ki, emal edilmiş və ya sadə karbohidratlar orqanizm üçün zərərli hesab edilir. Bunlara ağ çörək, pizza xəmiri, makaron, xəmir məmulatları, ağ un, ağ düyü kimi bir çox məhsullar daxildir. Çox az qida dəyərinə malik olan karbohidratlar iştah hormonlarına təsir edərək piylənməyə yol açır. Üstəlik yüksək glisemik indeksə də malik olduqları üçün tez həzm edilir və qan şəkəri səviyyəsində qeyri-sağlam dalğalanmalara, daimi yorğunluğa səbəb olur.
Tədqiqatlar göstərir ki, çox yüksək miqdarda şirniyyat məhsulları yeyən şəxslərin ürək xəstəliyinə tutulma riski az yeyənlərə nisbətən 2-3 dəfə yüksəkdir. Bundan əlavə şəkər beynin dopamin ifraz etməsinə səbəb olur ki, bu da asılılığa