Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Xurşidbanu Natəvan

XIX əsr ədəbiyyatının görkəmli qadın şairəsi Xurşidbanu Natəvan... Papaqçıya ərə gedən, bir oğlunun itkisini yaşayan, digəri tərəfindən isə tərk edilən bu xanım  şairəmiz Azərbaycan mədəniyyəti tarixində rəssam kimi şöhrət tapıb...

Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi olub. Şuşada anadan olan bu qız ailənin yeganə övladı Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu  üçün onu sarayda "Dürrü yekta" (Tək inci) çağırıblar. Xalq arasında isə Xan qızı adı ilə məşhur olub. Mehdiqulu xanın vəfatından sonra isə  onun bütün hüquqları qızı Xurşidbanuya keçib.

O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su  çəkdirmişdi. Onun çəkdirdiyi bulaq "Xan qızı bulağı" adı ilə məşhur idi.

Deyirlər ki, qızılgülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir adam Xurşidbanu Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 manat da bağışlayır. Kişi xanıma dua edərək, xudahafizləşib gedir. Bunu görən ev darğası deyir: "Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 manat verməniz məni çox təəccübləndirdi. Səxavətin bir sərhədi var".  Natəvan cavabında deyir: "Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir".

Həyatı boyu iki dəfə ailə quran  şairənin birinci evliliyi öz istəyi ilə olmayıb. Deyilənlərə  görəhəmin dövrdə xarici daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirildiyindən Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərib bunun müqabilində Xurşidbanuya evlənməyi təklif edib. Xasay xanla evlənən Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızının nəhayət, Mehdiqulu xan Xanbikə adlı iki övladı dünyaya gəlib

Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay  vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etmədiyi üçün onlar ayrılıblar. Sonralar isə Xan qızı könlünə yatan Seyid Hüseyn adlı kasıb bir şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar-papaqçı olub. Bu evlilikdən isə Natəvan xanımın üç oğlu dünyaya gəlib. Hətta Onun Seyid Hüseynə ərə getməsi bəy mülkədarların qəzəbinə   səbəb olubmuş. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salmış, bu səbəbdən oğlu Mehdiqulu xan baş götürüb evdən gedib. Bir sözləşairə ömru boyu qınaq töhmətlərdən yaxa qurtara bilməyib.

Seyid Hüseyndən olan oğlu Mir Abbas  17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət  dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlamış özünə Natəvan (zəif, gücsüz) təxəllüsünü götürmüşdür.

Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri onun Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşməsi olub. Xasay xanın mükəmməl fransız dili bilgisi nəticəsində onlar dostlaşmışdılar. Dümanın "Qafqaza səyahət" kitabında bu görüş haqqında məlumat öz əksini tapıb.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Bütün bu çətinliklər, maddi