RUSİYAYA SANKSİYALARDAN YAYINMAĞA KÖMƏK EDƏN ÖLKƏLƏRİN ADI AÇIQLANIB
Rusiya sanksiyalara baxmayaraq, əsas elektron avadanlıqların idxalını istədiyi həcmdə bərpa edə bilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.
ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim Obrayn nəşrə bildirib ki, Rusiyaya əsas mikroçiplərin və elektron avadanlıqların idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb.
“Problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə satır, onlar da öz növbəsində bunları Rusiyaya satırlar. Bu ilin əvvəlində Rusiya bəzi əsas kateqoriyalı elektron avadanlıqları idxal edə bilib”, - deyə Cim Obrayn bildirib.
Eyni zamanda, koordinator bura çiplər, prosessorlar və inteqral sxemlərin daxil olduğunu bəyan edib.
ABŞ rəsmisi qeyd edib ki, bu komponentlər müasir silahların istehsalında olduqca vacibdir. Onun sözlərinə görə, ABŞ sanksiyalardan yayınmağa kömək edən beş ölkə müəyyən edib: onlar Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandır.
XERSON VİLAYƏTİNİN 600 KVADRATKİLOMETR SAHƏSİNİ SU BASIB
Müharibə gedişində Rusiyanın nəzarəti altına keçən Ukraynanın Xerson vilayətinin 600 kvadratkilometr sahəsini su basıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Xerson vilayətinin dövlət administrasiyasının başçısı Aleksandr Proskudin bildirib.
Bununla yanaşı, Ukraynalı vilayət rəhbərinin sözlərinə görə, Dnepr çayının sağ sahilinin 32 faizini, sol sahilinin isə 68 faizini su basıb.
Aleksandr Proskudinin sözlərinə görə, həmin ərazidə suyun səviyyəsi 5,61 metrdir. Ərazidən 2000 nəfərə qədər insan artıq təxliyə edilib. O, bu prosesin davam etdiyini də vurğulayıb.
Rusiya mediasının məlumatına əsasən isə 14 min ev su altında qalıb, 4300-ə yaxın sakin təxliyə olunub.
Qeyd edək ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb.
Bu stansiya Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Dnepr çayının axınının tənzimlənməsini təmin edirdi. Kaxovka SES-i 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiyanın nəzarətinə keçib.
FRANSA HƏRBİ BUDCƏSİNİ KƏSKİN ŞƏKİLDƏ ARTIRMAQ NİYYƏTİNDƏDİR
Birinci oxunuşda təsdiq edilən silahlı qüvvələrin modernləşdirilməsi üçün Fransanın müdafiə büdcəsinin artırılmasına dair yeddiillik plan Fransa Milli Assambleyası üzvlərinin səs çoxluğu ilə dəstəklənib. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Le Figaro” qəzeti xəbər verib.
Bildirilir ki, qanun layihəsinə əsasən, 2024-cü ildən 2030-cu ilə qədər ölkənin müdafiə sahəsinə 413,3 milyard avro ayrılacaq.
Məlumata əsasən, 408 deputat sənədin lehinə, 87 nəfər isə əleyhinə səs verib. İndi sənəd baxılmaq üçün Senata təqdim olunacaq. Fransa mətbuatının yazdığına görə, bununla bağlı iyulun 14-dən əvvəl qərarın veriləcəyi gözlənilir.
Fransa mətbuatının qeyd etdiyinə görə, müdafiə xərclərinin əvvəlki illərlə müqayisədə xeyli yüksək olması sadəcə inflyasiya ilə əlaqədardır.
AVROPADA NATO TARİXİNİN ƏN BÖYÜK HƏRBİ-HAVA TƏLİMLƏRİ KEÇİRİLƏCƏK
NATO tarixinin ən böyük hərbi-hava təlimlərini keçirəcək. “Air Defender 2023” təlimləri 12-23 iyun tarixlərində Almaniya və Şərqi Avropada 250-dən çox döyüş təyyarəsinin iştirakı ilə keçiriləcək. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinə məxsus təxminən 110 təyyarə təlimlə əlaqədar Avropaya gedəcək.
Təlimlərdə Avropanın NATO-ya üzv ölkələrindən 80, beynəlxalq tərəfdaşların isə 60 təyyarəsinin iştirakı gözlənilir.
Almaniyanın ev sahibliyində keçiriləcək hərbi-hava təlimlərinin məqsədi alyansın müdafiəsini möhkəmləndirmək, havada çəkindirmə qüvvələrinin olduğunu nümayiş etdirmək və həmrəyliyi gücləndirməkdir.
DONALD TRAMPA QARŞI CİNAYƏT TƏHQİQATINA BAŞLANILIB
ABŞ federal prokurorları ölkənin keçmiş prezidenti Donald