"Reuters": Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə nəqliyyat blokadasını aradan qaldırmağa yaxındır
"Reuters" xəbər agentliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 19 may 2023-cü il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması ilə keçirdikləri görüş barədə xəbər yayıb.
Xəbərdə deyilir: "Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü bildirib ki, Ermənistan və Azərbaycan nəqliyyat blokadasını aradan qaldırmağa yaxındır, lakin iki ölkə arasında sülh sazişinin bağlanması üçün daha çox iş tələb olunur".
"Reuters" xəbər saytı yazıb: "Sergey Lavrov hər iki ölkənin xarici işlər nazirlərinin görüşündə vasitəçilik etdikdən sonra çıxış edərək deyib ki, Rusiya 2020-ci ildə 44 günlük müharibəni dayandırmaq üçün atəşkəsin təmin edilməsinə kömək etdi, lakin razılaşma möhkəm sülhə səbəb olmadı və sərhəd boyunca silahlı toqquşmalar adi haldır. Ümid edirik ki, nəticə müsbət olacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındır".
"MENAFN": Avropa Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraqlıdır
"MENAFN" xəbər saytı Azərbaycan-Litva əlaqələrinin fonunda Avropa-Azərbaycan münasibətləri ilə bağlı xəbər yayımlayıb. Verilən məlumatda Litvanın ölkəmizlə olan strateji tərəfdaşlığı xüsusi qeyd olunub.
Son otuz il ərzində Azərbaycan və Litva arasında bir çox qlobal məsələlər üzrə ortaq perspektivlərə əsaslanmış dövlətlərarası münasibətlər inkişaf etdirilmişdir. Hazırda hər iki ölkə müxtəlif sahələr üzrə ticarət və əməkdaşlığı tamamilə yeni səviyyəyə qaldırmaq üçün səylə çalışır. Azərbaycan Şərq Tərəfdaşlığı və Avropa İttifaqının Qardaşlaşma layihəsi (EU Twinning projects) çərçivəsində Litvanın ən etibarlı tərəfdaşlarından biridir. Bu günə qədər Litva Azərbaycanda 26 layihənin keçirilməsinə dəstək vermiş və onlardan 17-si ölkəmizdə reallaşdırılmışdır. Bu birgə rekord iki ölkənin qarşılıqlı inkişafa və tərəqqiyə indekslənmiş səmərəli əməkdaşlığını və ümumi öhdəliyini göstərir.
"Turkic World": Azərbaycan ÜST-ün regional ofislərini sülhə mane olan bəyanatlardan çəkinməyə çağırır
"Turkic World" xəbər saytı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi ilə bağlı xəbər yayımlayıb. Xəbərdə Azərbaycan Respublikasının Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunduğu yer alıb. Məlumatda ÜST-ün Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyətinin görüşü də qeyd olunub. Səhiyyə naziri Teymur Musayevin ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verməsi barədə səsləndirdiyi fikirlər də yazıda öz əksini tapıb: "Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir. Ötən müddət ərzində regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib". Məlumatda nazirin COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işləri, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri diqqətə çatdırdığı da vurğulanıb. Xəbərdə Teymur Musayevin son günlərdə Ermənistan mediasında Ümumdünya Səhiyyə Təşkilatının həmin ölkədəki nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə ÜST rəsmisi tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını da qarşı tərəfin diqqətinə çatdırdığı bildirilib.
"Aniq.uz": Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik
yubileyi münasibətilə xatirə poçt markası buraxılıb
"Aniq.uz" xəbər saytı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və sifarişi ilə respublikanın Dövlət Poçt İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi" adlı poçt markası buraxılması