“G7” LİDERLƏRİNDƏN UKRAYNADAKI VƏZİYYƏTLƏ BAĞLI BƏYANAT
“G7” ölkələrinin liderləri mayın 19-da Yaponiyanın Hirosima şəhərində keçirilən iclasda Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər. “Teleqraf.com”un verdiyi xəbərə görə, sənəddə Ukraynaya iqtisadi yardım göstərilməsi öz əksini tapıb.
Açıqlamaya əsasən, ölkə liderləri Ukraynaya 2023-cü il və 2024-cü ilin əvvəli üçün büdcə dəstəyini artıq qəbul ediblər. Həmçinin liderlər “taxıl sazişi”nin genişləndirilməsi və uzadılmasını dəstəkləyir.
Bununla yanaşı, bildirilir ki, “G7” Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstək verəcək. Bundan başqa, “G7” ölkələri Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün tədbirlər görəcək.
Eyni zamanda, bu ölkələr nüvə enerjisi sahəsində Rusiyadan asılılığı dayandırmağa çalışacaq. Həmçinin “G7” Rusiyaya sənaye avadanlığı və texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək.
Verilən xəbərə görə, liderlər Rusiyanın neft və neft məhsullarının qiymətinə təyin edilmiş yuxarı həddin saxlanılmasına sadiqliklərini qeyd ediblər.
“Böyük yeddilik” liderləri Ukraynanın istədiyi maliyyə, humanitar, hərbi və diplomatik dəstəyin ehtiyac duyulduğu qədər göstərilməsinə dair öhdəliklərini yeniləyiblər.
ABŞ-ın MALİYYƏ NAZİRİNDƏN DEFOLTUN FƏSADLARI BARƏDƏ XƏBƏRDARLIQ
ABŞ-ın maliyyə naziri Canet Yellen onlarca ABŞ bankının rəhbərliyi ilə görüşdə potensial defoltun ölkənin maliyyə sistemi üçün fəlakətli nəticələri barədə məlumatları təqdim edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə nazirlik tərəfindən yayılan açıqlamada bildirilib.
Məlumata əsasən, Canet Yellen 20-dən çox icraçı direktor və bank rəhbərləri ilə görüşüb, “mövcud iqtisadi vəziyyəti müzakirə etmək” və ABŞ lideri Cozef Baydenin bu sahədəki təşəbbüslərini müzakirə edib.
“Nazir Konqresin milli borc tavanı məsələsini həll etməsinin təcili ehtiyacını diqqətə çatdırıb və defoltun bank sistemi, milli və qlobal iqtisadiyyat üçün ağır nəticələrinə diqqət çəkib”, - deyə açıqlamada qeyd olunub.
ALMANİYADA İKİLİ VƏTƏNDAŞLIQ ASANLAŞDIRILIR
Almaniyada koalisiya hökumətini quran Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası və Azad Demokrat Partiyasının ikili vətəndaşlığı asanlaşdıran qanun dəyişikliyi ilə bağlı razılığa gəldiyi bildirilib. Bu barədə “TRT” telekanalı Almaniya mətbuatına istinadən xəbər verib.
Məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ilə hökumət vətəndaşlığa qəbul prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirməyi və bununla da mühacirlərin ölkəyə inteqrasiyasını asanlaşdırmağı nəzərdə tutur.
Bildirilir ki, 49 səhifəlik qanun layihəsinə əsasən, uzun illər Almaniyada yaşayan miqrantlar daha tez bu ölkənin vətəndaşı ola biləcəklər. Həmçinin Almaniyada vətəndaşlığa qəbul üçün mövcud 8 illik tələb 5 ilə endiriləcək.
Almaniyada yenilənməsi planlaşdırılan vətəndaşlıq qanunu ölkədə ən çox xarici əhalini təşkil edən türklərlə də yaxından əlaqəlidir. Bu ölkənin vətəndaşı olmaq üçün Türkiyə vətəndaşlığından imtina etməli olan türklər yeni qanunla Türkiyə vətəndaşlığından imtina etmədən Almaniya vətəndaşlığını alaraq ikili vətəndaşlıq əldə edə biləcəklər.
ABŞ UKRAYNAYA “F-16” QIRICILARININ VERİLMƏSİNƏ MANE OLMAYACAQ
“ABŞ müttəfiqlərinin Ukraynaya “F-16” qırıcıları verməsinə mane olmayacaq”. “Report” agentliyinin xəbərinə görə, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Bildirilir ki, Cozef Bayden administrasiyası son həftələrdə avropalı müttəfiqlərinə ABŞ-ın Ukraynaya “F-16” döyüş təyyarələri ixracına icazə verəcəyinə dair siqnal verib. Məlumata görə, müttəfiqlər məsələ ilə bağlı qərar verərsə, Ağ Ev Ukraynaya həmin qırıcıların tədarükünü təsdiqləməyə hazırdır.
Telekanal həmçinin qeyd edib ki, administrasiya rəsmiləri müttəfiqlərdən “F-16”ların ixracı ilə bağlı müraciət almadıqlarını da bildiriblər.
Bildirilir ki, adətən, üçüncü tərəflərə bu cür göndərişləri təsdiqləmək üçün sənədləşmə işləri ilə ABŞ Dövlət Departamenti