DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: QƏLƏBƏMİZ CHP- SABİTLİYİ POZUB

Parlament seçkilərininCümhur İttifaqının qələbəsi ilə başa çatması prezident seçkilərində ciddi fərq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin komandasının rahatlığını pozub. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, CHP rəhbərliyi mayın 14- nəticələri bildiyi haldaqalib gəldikteatrı səhnələşdirib bunu da bütün xalq televiziyalardan izləyib. “Nəticələr məlum olduqca, onların yalanları üzə çıxdı. Buna baxmayaraq, qəsdən səhv istiqamətləndirdikləri seçicilərindən, ictimaiyyətdən üzr istədilər”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda, dövlət başçısının sözlərinə görə, qarşı tərəf yenə insanlığa sığmayan kampaniyalarını davam etdirir: “Onlar səslərini ala bilmədikləri zəlzələ bölgəsindəki vətəndaşlarımıza yardımları dayandırır, otellərə yerləşdirdikləri insanları oradan çıxarmaq kimi vicdansızlıqlara əl atırlar. Dövlət-millət həmrəyliyi ilə, inşallah, yaralarımızı birlikdə sağaldacağıq. Zəlzələdən əziyyət çəkən qardaşlarımızı tək qoymayacaq, yanlarında olacağıq”.

Xatırladaq ki, mayın 14- keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28- keçiriləcək.

 

ABŞ RUSİYA İRANa QARŞI MÜBARİZƏ ÜZRƏ QANUN LAYİHƏSİ HAZIRLAYIR

ABŞ senatoru Ted Kruz sanksiyalar tətbiq etməklə Rusiya İran arasında hərbi-texniki əməkdaşlığa qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təqdim etmək niyyətindədir. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu respublikaçı senator Vaşinqtonun Hudzon Universitetində çıxışı zamanı bildirib.

Rusiya ilə İran arasında əməkdaşlıq genişmiqyaslıdır dərinləşir. Bayden administrasiyası isə buna qarşı durmağa belə çalışmır. Buna görə mən Bayden administrasiyasını bir sıra cəbhələrdə İran Rusiya arasında əməkdaşlığa qarşı çıxmağa məcbur edən qanun layihəsinin dəstəklənməsi üçün çalışıram”, - deyə Ted Kruz qeyd edib.

Senatorun açıqlamasına əsasən, qanunvericilik təşəbbüsü Rusiya İranın hərbi-texniki əməkdaşlıqda istifadə etdiyibanklara, neft tankerlərinə, təyyarələrə, hava limanlarına, gəmilərə gəmiqayırma zavodlarına qarşı sanksiyaların tətbiqininəzərdə tutur.

Bundan əlavə, senatorun qeyd etdiyi kimi, bu qanun layihəsiİranın xaricdəki milyardlarla dollarını bloklamaqməqsədi daşıyır. Ted Kruzun sözlərinə görə, məsələ ondadır ki, “atomla bağlı daha bir sövdələşməbağlanacağı təqdirdə Tehran bu vəsaitlərə çıxış əldə edə bilməyəcək.

 

UKRAYNA HƏRBÇİLƏRİ  BAXMUTDA DAHA BİR NEÇƏ KİLOMETR İRƏLİLƏYİB

Bu gün biz Donetsk vilayətinin Baxmut şəhərində 1700 metr irəliləmişik”. “Reportagentliyinin məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.

Eyni zamanda, Sergey Çerevatının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəxsi heyət sursat baxımından qarşı tərəfdən üstün olmasa da, cinahlarla irəliləməyə davam edir. O, həmçinin əlavə edib ki, Baxmut hərbi əməliyyatların episentri olaraq qalır.

Bununla yanaşı, Sergey Çerevatı qeyd edib ki, Rusiya Silahlı Qüvvələri gün ərzində Baxmut istiqamətində 77 dəfə artilleriya, 6 dəfə isə təyyarə ilə zərbələr endirib. “Döyüşlərdə qarşı tərəfin 130 hərbçisi məhv edilib, 145-i yaralanıb, 4-ü isə əsir götürülüb”, - deyə ukraynalı rəsmi əlavə edib.

Xatırladaq ki, bu ərəfədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya artıq Baxmutda üstünlüyü itirib.

 

11 MİLYONA YAXIN BRİTANİYALI KREDİTLƏRİNİ ÖDƏMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR

Kreditlərin kommunal ödənişlərin ödənilməsində problem yaşayan britaniyalıların sayı son bir ildə 40 faiz artaraq 2022-ci ilin may ayındakı 7,8 milyondan 10,9 milyon nəfərə çatıb. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Maliyyə Bazarlarında Davranış Normasına Nəzarət Təşkilatının hesabatında qeyd