SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Sən demə, bu tərəvəzin xeyli faydası var imiş...

Mövsümə uyğun olaraq xiyar artıq süfrələrimizi bəzəməyə başlayıb. Bəlkə çoxları elə düşünür ki, tərkibi 95 faiz sudan ibarət olan bu tərəvəz yalnız salat kimi qida rasionumuzda yer tutur. Ancaq bu düşüncədə olanlar yanılırlar. Çünki alimlər gündəlik həyatda xeyrini bilmədən yediyimiz xiyarın faydalarını araşdırıblar. Məlum olub ki, sən demə, mətbəximizdən əskik olmayan bu tərəvəzin xeyli faydası var imiş...

İlkin olaraq qeyd edək ki, xiyarın tərkibində gündəlik ehtiyacımız üçün vacib olan bir çox vitaminlər var. Belə ki, bir ədəd xiyarda B1, B2, B3, B5, B6, C vitaminləri, həmçinin kalsium, kalium, dəmir, maqnezium, fosfor, potasium, sink fol turşusu mövcuddur.

İmmun sistemini gücləndirən xiyar hərarəti yox edir, xərçəngə qarşı effektiv təsirə malikdir. Ürəyin qaraciyərin fəaliyyətinə müsbət təsir edən tərəvəz eyni zamanda həzm prosesini yaxşılaşdırır, maddələr mübadiləsini tənzimləyir, orqanizmdə olan toksik maddələrin xaric olmasına kömək edir. Xiyar sümük toxumasını gücləndirməyə kömək edən K vitamini ilə zəngin olduğundan  xüsusilə osteoporoz, çatlara sınıqlara meyilli olan yaşlılar üçün olduqca faydalıdır. O, həmçinin şəkərli diabetin qarşısını alır. Belə ki, glikemik indeksi aşağı olan xiyar  mütəmadi istehlak edilərsə insulin müqavimətini azaldaraq  2-ci tip diabet riskini minimuma endirir. Tərəvəz bilavasitə qəbizliyə qarşı da effektivdir. Belə ki, qabıqları ilə birlikdə yeyildikdə  bədəni bol su liflə təmin etdiyindən  bağırsaq hərəkətliliyini stimullaşdırır. Yüksək təzyiqi olanlar  üçün faydalı olan xiyar, təkibindəki bol miqdarda kalium sayəsində bədəndən artıq natriumun xaric edilməsinə kömək edir. Yüksək su tərkibinə görə son dərəcə doyurucu çox aşağı kalorili olan bu tərəvəz  artıq çəkidən xilas olmaq istəyənlər üçün əla seçimdir.

Xiyar sadəcə bədən sağlamlığı üçün yox, dəri sağlamlığı üçün xeyirlidir. İsti havalarda bədənin hərarətini aşağı saldığından xüsusilə yay aylarında sərinləmək üçün əla vasitədir.

Bu qida sanki bir möcüzədir. Saysız-hesabsız faydası ilə orqanizmimizi hərtərəfli müdafiə edir. Onun bütün bu faydalarını diqqətinizə çatdırdıqdan sonra yəqin ki, əlavə şərhə ehtiyac qalmır. Sadəcə onu demək qalır ki, qarşıdan gələn isti yay günlərində bu faydalı tərəvəzdən sağlamlığınız üçün istifadə edin.

 

Tibb tarixində bir ilk

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində həkimlər ana bətnində olan körpənin beynində  əməliyyat keçirərək tibb tarixində bir ilkə imza atıblar. Uğurlu keçən əməliyyatdan sonra  ana körpənin səhhətinin yaxşı olduğu bildirilib.

Problem təsadüfi bir müayinə zamanı ortaya çıxıb. Belə ki, Luiziana ştat sakini Kenyatta Koulman adlı gənc qadın həyat yoldaşı Derek Koulmanla hamiləliyin gedişatına nəzarət  məqsədilə müayinə olunmağa  gedib. Müayinə zamanı həkimlər körpənin beynində nadir hallarda rast gəlinən damar anomaliyası aşkar ediblər. Mütəxəssislər həmçinin bu qüsurun sürətlə böyüdüyünü bildiriblər.

Normal bir hamiləlik keçirdiyini düşünən Kenyatta bətnindəki körpəni dünyaya gətirməzdən əvvəl onun əməliyyat olunub-olunmaması barədə qərar verməli olub. Qısa müddət sonra cütlüyün razılığına əsasən  əməliyyat aparılıb körpə sağlam doğulub. Bu prosedur  tibb tarixinə ana bətnində olan körpə üzərində edilən ilk əməliyyat  kimi düşüb.

"Həyat yoldaşımla  mən inancımıza  dərindən bağlıyıq   çoxlu dua edirik. Tanrının möcüzələrinə dair içimizdə heç bir şübhəmiz yox idi. Qızımızın sağlam şəkildə dünyaya gəlməsi bir daha  Allahın möcüzəsinin sübutudur. Həm qızımız dünyaya damğasını vuraraq gəldi", - deyə ana sevinc göz yaşları içərisində bildirib.

 

Kartof qızartmasını sevənlərə pis xəbər...

Kartof qızartmasını sevənlərə pis xəbərimiz var. Belə ki,