“VAQNER”İN RƏHBƏRİ MAYIN 10-DA BAXMUTDAN ÇIXACAQLARINI AÇIQLAYIB
“Vaqner” muzdlu hərbi təşkilatı mayın 10-da Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qrpulaşmanın rəhbəri Yevgeni Priqojin bəyan edib.
Məlumata əsasən “Vaqner” rəhbəri bu barədə müvafiq qərar qəbul olunduğunu və buna səbəb kimi silah-sursat çatışmazlığını göstərib.
Qeyd edək ki, Yevqeni Priqojin daha öncə Rusiya Müdafiə Nazirliyini tənqid etmişdi. Həmçinin Müdafiə Nazirliyi ilə “Vaqner” arasında müəyyən fikir ayrılığının olduğu bildirilir.
Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib ki, Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır.
Məlumat üçün qeyd edək ki, hazırda Ukraynanın Baxmut şəhəri uğrunda 7 aydan çoxdur gərgin döyüşlər gedir.
İSVEÇ TÜRKİYƏNİN BU TƏLƏBİNİ YERİNƏ YETİRDİ
Türkiyənin İsveçdəki səfirliyi önündə yanvar ayında Quranı yandıran danimarkalı irqçi siyasətçi Rasmus Paludan haqqında Malmö Prokurorluğu tərəfindən qiyabi həbs qərarı verilib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.
Bildirilir ki, sözügedən qərar müxtəlif şəxs və qurumların nifrət cinayəti iddiası qaldırmasından sonra qəbul edilib.
Eyni zamanda, qəzetə açıqlama verən Rəsmus Paludan deyib: “İsveç, xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlmək mənim üçün təhlükəlidir və İsveçə gəlmək istəmirəm, onlayn ifadə vermək istəyirəm”.
Bununla yanaşı, R.Paludan haqqında qiyabi həbs qərarı çıxaran prokuror Adrian Kombe Hoqq “Aftonbladet”ə mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.
Xatırladaq ki, İstanbul Vəkillər Kollegiyası yanvarda Türkiyə səfirliyi qarşısındakı təxribatdan sonra Paludan barəsində cinayət işinin açılması üçün Stokholm polisinə müraciət etmişdi.
AĞ EV: ABŞ-da MİLYONLARLA İNSAN İŞ YERİNİ İTİRƏ BİLƏR
ABŞ-da uzun sürən defolt ssenarisində ölkədə, təxminən səkkiz milyon nəfər iş yerlərinin itirilməsi ilə üz-üzə qala bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin nəzdindəki İqtisadi Məsləhətçilər Şurasının hesabatında qeyd olunur.
“Moody's” reytinq agentliyi bildirib ki, borc tavanının xalis artması ilə iş yerlərinin çoxalması növbəti bir neçə rüb ərzində davam edəcək. Belə ki, 900 min iş yerinin əlavə olunması proqnozlaşdırılır. Lakin uzun sürən defolt ssenarisi nəticəsində 8 milyon insan işini itirəcək.
Bununla yanaşı, federal və yerli hökumətlər genişləndirilmiş işsizlik sığortasına vəsait xərcləmək imkanına malik olmasalar, köməksiz qalacaqlar. Administrasiyanın fikrincə, bu, əhali üçün bank kreditləri ilə bağlı problemlərə səbəb olacaq, çünki maliyyə institutları faiz dərəcələrini kəskin artırmaq məcburiyyətində qalacaqlar.
ŞİMALİ KOREYA NÜVƏ POLİQONUNDA AKTİVLİYİ ARTIRIB
Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci ildə dağıdılmış Pungeri poliqonunda bir neçə obyekt tikib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən bildirilib.
Mərkəzin “Beyond Parallel” layihəsinin iştirakçılarının qiymətləndirməsinə görə, peyk görüntüləri belə qənaətə gəlməyə imkan verir ki, Şimali Koreya Pungeridə xeyli zamandır dayandırdığı fəaliyyətini bərpa edib.
Məlumata əsasən, yerli mütəxəssislər tunellərdən birinin dağıdılmış girişinə aparan yolun tikintisini başa çatdırıb və ərazidə iki kiçik bina inşa ediblər.
“Bu yaxınlarda qeydə alınan aktivlik hazırlanan nüvə sınaqlarının mütləq əlaməti olmasa da, yeddinci nüvə sınağı böyük ehtimalla Pungeri nüvə poliqonunda keçiriləcək”, - deyə layihə iştirakçıları vurğulayıblar.
BAYDEN APARICI ŞİRKƏTLƏRLƏ SÜNİ İNTELLEKTİN RİSKLƏRİNİ MÜZAKİRƏ EDİB
ABŞ prezidenti Cozef Bayden yeni texno