ƏRDOĞAN: TÜRKİYƏNİN TERRORLA MÜBARİZƏSİ AVROPANIN DA XEYRİNƏDİR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yayımlanan bir sıra televiziya kanallarının birgə yayımında jurnalistlərin suallarını cavablandırarkən ölkəsinin terrorla mübarizə məsələsinə diqqət çəkib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
“Türkiyənin sərhəd daxilində və xaricində təhlükəsizliyi üçün apardığı mübarizə terror təşkilatlarını qorxudur. Terrorçular artıq başlarını qaldıra bilməyəcək və onların təşkilatının nəfəs almasına imkan verməyəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Türkiyənin terrorla mübarizəsi Avropanın təhlükəsizliyinə də xeyirdir.
Ərdoğan qeyd edib ki, İŞİD, PKK/YPG və FETÖ kimi terror təşkilatları ilə ən səmərəli və təsirli şəkildə mübarizə aparan yeganə NATO ölkəsi məhz Türkiyədir.
Bununla yanaşı, prezidentin açıqlamasına əsasən, son illər İraq və Suriyada fəaliyyət göstərən PKK-nın müxtəlif səviyyəli bir sıra sözdə başçıları Milli Kəşfiyyat Təşkilatı “MİT” tərəfindən zərərsizləşdirilib, həmçinin FETÖ-nün bəzi xarici üzvləri Türkiyəyə gətirilib.
Eyni zamanda, Türkiyə lideri çıxışı zamanı bildirib ki, MİT aprelin 29-da Suriyada keçirdiyi əməliyyat zamanı İŞİD-in sözdə başçısı kod adı “Əbu Hüseyn əl-Qureşi” olan terrorçunu zərərsizləşdirib.
SUDANIN KEÇMİŞ BAŞ NAZİRİNDƏN MÜHARİBƏ XƏBƏRDARLIĞI
Sudan daxilindəki münaqişə vətəndaş müharibəsinə çevrilərsə və vaxtından əvvəl dayandırılmasa, vəziyyət Suriya və Liviyadakından da pis ola bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Sudanın keçmiş baş naziri Abdullah Həmduq bildirib.
Siyasətçinin sözlərinə görə, mümkün vətəndaş müharibəsi dayandırılmasa, bu, dünya üçün çox ciddi problemə çevriləcək.
“Sudanda münaqişə tərəfləri olan ordu və qiyamçı qruplaşmanın hər biri həm yaxşı təlim keçmiş, həm də təchiz edilmiş hərbçilərdən ibarətdir”, - deyə sabiq baş nazir əlavə edib.
Sudanın vətəndaş müharibəsi həddinə çatacağı təqdirdə durumun Suriya, Yəmən və Liviyadan daha pis ola biləcəyini iddia edən Abdullah Həmduq heç kimin bu müharibədən qalib çıxa bilməyəcəyini diqqətə çatdırıb.
Eyni zamanda, Sudan Səhiyyə Nazirliyi aprelin ortalarından bəri ordu ilə Çevik Hərəkət Qüvvələri arasında baş verən qarşıdurmalarda həyatını itirənlərin sayının 528-ə, yaralı sayının isə 4599-a yüksəldiyini açıqlayıb.
UDAY KOTAK DOLLARI ƏN BÖYÜK MALİYYƏ TERRORÇUSU ADLANDIRIB
Asiyanın ən zəngin bankiri sayılan Uday Kotak dolları ən böyük maliyyə terrorçusu adlandırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
“Dünyanın ən böyük maliyyə terrorçusu ABŞ dollarıdır. Təsəvvür edin, bütün pulumuz “nostro” hesablardadır və ABŞ-da kimsə deyə bilər ki, sabahdan onu çıxara bilməyəcəksiniz”, - deyə bankir bildirib.
Uday Kotak əlavə edib ki, dünya alternativ valyuta axtarır və Hindistan rupini belə ehtiyat valyutaya çevirə bilər. O, Avropa və ya Yaponiyanın öz valyuta ehtiyatları ilə bunu edəcəyinə şübhə ilə yanaşdığını bəyan edib.
Bundan əvvəl “The Economist” jurnalı dolların qlobal iqtisadiyyata hələ də təsir etdiyini, lakin yuanın gücləndiyini yazmışdı.
Məlumat üçün qeyd edək ki, zaman-zaman alternativ ehtiyat valyutaya tələbat yaranır və bazar dolların qaçılmaz tənəzzülü ilə bağlı proqnozlarla dolur.
TÜRKİYƏNİN “YENİ ALTAY” TANKININ SINAQLARI BAŞLAYIB
Türkiyənin yerli istehsalı olan “Yeni Altay” tankları sınaqlara hazırdır. “Report” agentliyinin verdiyi xəbərə görə, tank kütləvi istehsaldan öncə 6 min dəfə sınaqdan keçiriləcək.
Tankın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Onun kütləvi istehsalı isə uğurlu sınaqlardan asılıdır.
Verilən xəbərə əsasən, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 millimetr və 55 kalibrli topla təchiz edilən