ZELENSKİ: ƏKS-HÜCUM ƏMƏLİYYATINDA KRIMI AZAD ETMƏYƏ ÇALIŞACAĞIQ
Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına hazırlaşır. “Teleqraf.com”un xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı zamanı Krımı azad etməyə çalışacaq.
Eyni zamanda, Zelenski qeyd edib ki, Ukrayna öz tərəfdaşlarından “F-16” qırıcılarının tədarükünü gözləmədən əks-hücuma başlayacaq.
Zelenski həmçinin əlavə edib ki, əməliyyatın uğuru Qərbdən gözlənilən tədarükdən asılıdır. Dövlət başçısı müharibədə uğur qazanacaqlarına ümid etməsinə baxmayaraq, müharibənin illərlə, hətta onilliklərlə də davam edə biləcəyini də diqqətə çatdırıb.
ABŞ VƏ MÜTTƏFİQLƏRİ ÜÇÜN 126 ƏDƏD “F-35” QIRICISI İSTEHSAL EDİLƏCƏK
“Lockheed Martin” şirkəti ABŞ Müdafiə Nazirliyindən ölkə ordusu və müttəfiqləri üçün 126 ədəd “F-35” qırıcısı istehsalı üçün 7,8 milyard dollarlıq müqavilə alıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqonun bəyanatında qeyd olunur.
Məlumata əsasən, müqavilə ABŞ Silahlı Qüvvələrinə və müttəfiqlərinə 398 qırıcı təyyarənin tədarükü üçün Pentaqonla şirkət arasında əvvəllər əldə edilmiş 30 milyard dollarlıq razılaşmanın həyata keçirilməsində son mərhələ idi.
Eyni zamanda, bu razılaşma ABŞ və digər ölkələr üçün təxminən 3000 təyyarə üçün 412 milyard dollar dəyərində genişmiqyaslı satınalma proqramını tamamlayır.
Müqaviləyə ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu üçün 77 təyyarə, həmçinin Belçika (4), Böyük Britaniya (7), Danimarka (3), İtaliya (9), Niderland (6), Polşa (6), Finlandiya (8) və Yaponiya (6) üçün qırıcılar daxildir.
BVF: RUSİYA İQTİSADİYYATI GÖZLƏNİLDİYİNDƏN DAHA DAYANIQLIDIR
Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha dözümlü olduğunu sübut etdi. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir.
Məlumata görə, hesabatda qeyd edilir ki, ötən ilin ikinci rübündəki kəskin enişdən sonra iqtisadiyyat üçüncü və dördüncü rüblərdə ciddi şəkildə bərpa olunub.
Bununla yanaşı, BVF 2022-ci ildə ölkə iqtisadiyyatının neft ixracının sabit həcmləri ilə dəstəkləndiyini qeyd edib.
“Rusiyanın məhdudiyyətləri tətbiq edən ölkələrdən, bunu etməyən ölkələrə xammal ixracını yönləndirmək qabiliyyəti müstəqil olaraq əldə edilmiş və qeyri-rəsmi məlumatlarla təsdiqlənir”, - deyə BVF vurğulayıb.
Bu ərəfədə baş nazir Mixail Mişustin qeyd etmişdi ki, Qərb dünya infrastrukturuna nəzarəti silahla təmin etməyə çalışır. Lakin hazırda Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı şəkildə bərpa olunur.
TÜRKİYƏNİN TURİZM GƏLİRLƏRİNDƏ CİDDİ ARTIM MÜŞAHİDƏ OLUNUR
Türkiyənin turizm gəlirləri 2023-cü ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 8 milyard 690 milyon 505 min ABŞ dollarına çatıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Verilən xəbərə görə, gəlirlərin 20,8 faizi xaricdə yaşayan və vətənlərinə dincəlmək üçün gələn Türkiyə vətəndaşlarının payına düşüb.
Türkiyədə ilin birinci rübündə turistlərin şəxsi ehtiyacları üçün xərcləri 7 milyard 503 milyon 255 min, turpaketlər üçün isə 1 milyard 187 milyon 249 min ABŞ dolları təşkil edib.
Eyni zamanda, yanvar-mart aylarında Türkiyədən gedən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfərə çatıb. Bunlardan 20,4 faizi və ya 1 milyon 672 min 332 nəfəri xaricdə yaşayan Türkiyə vətəndaşlarıdır.
ABŞ VƏ İRAN ARASINDA GƏRGİNLİK PİK HƏDDƏ ÇATIB
ABŞ Oman körfəzində sanksiya əməliyyatı çərçivəsində İran tankerindəki nefi müsadirə edib. “Teleqraf.com”un verdiyi xəbərə görə,