Alçanı duzla yeyənlərin nəzərinə...
Yaz aylarının ən vazkeçilməz meyvələrindən olan alça artıq bazar piştaxtalarında öz yerini almağa başlayıb. Alçanın faydaları saysız-hesabsız olsa da, bu meyvəni duzla yeyənlərə pis xəbərimiz var...
Əslində, alçanın doğru şəkildə istehlakı orqanizmin sağlamlığı baxımından olduqca xeyirlidir. Belə ki, meyvə qəbizlik yaratsa da, immunitet sisteminin nizamlı işləməsini təmin edir. Astma və bronxit kimi xəstəliklərdən qoruyan meyvə, xərçəngə qarşı da çox faydalıdır. Həmçinin yaşıl alça fosforla çox zəngin olduğundan orqanizmin dəmiri mənimsəmə qabiliyyətini artırır və qan dövranını yaxşılaşdırır. Dəri tonuna müsbət təsiri ilə də tanınan yaşıl alça dərini yeniləyir və ləkələri aradan qaldırmağa kömək edir.
Lakin elə insanlar var ki, alçanı ancaq duzla yeməyi sevirlər. Amma alçanın duzla birlikdə istehlak edilməsi düzgün deyil. Belə ki, aparılan araşdırmaların nəticələrinə görə, yaşıl alçanın duzla birlikdə istehlakı orqanizmdə pis çöküntülərin yığılmasına və ödəmin yaranmasına səbəb ola bilər. Bundan əlavə, alça duzla yeyildikdə qan təzyiqini artıran və bilavasitə böyrəklərin yüklənməsinə yol açır. Bu səbəbdən də mütəxəssislər bədən sağlamlığını qorumaq üçün alçanı duzsuz yeməyi tövsiyə edirlər.
İnformasiya posta.com.tr veb saytında yayımlanıb.
Dırnaq yemək vərdişdir, yoxsa xəstəlik?
Yəqin ki, çoxlarınız ömrünüzdə bir dəfə də olsun dırnaqlarınızın "dadı"na baxmısınız. Adətən uşaqlıqdan formalaşan bu vərdiş bəzən yeniyetməlik və gənclik dövründə də davam edir. Bəzi insanlar dırnaq yeyilməsinin xəstəlik, digərləri isə psixoloji bir vəziyyət olduğuna inanırlar. Bəs əslində bu problem nədən qaynaqlanır, sadəcə zərərli bir vərdiş, yoxsa hansısa xəstəliyin əlamətidir?
Onixofagiya adlandırılan bu vərdiş dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. Bu problemlə bağlı geniş tədqiqatlar yoxdur, çünki xəstəlik deyil. Bu hərəkət xoş qarşılanmayan iradi və qeyri-iradi davranış elementidir. Alimlərin fikrincə, problemin yaranmasının iki böyük səbəbi var: biri psixi gərginlik, digəri isə uşaq vaxtı həmin şəxslərdə davranış narahatlığının meydana çıxmasıdır.
Dırnaq yemək düşünülmədən, reflektiv hərəkət olub, daha çox gərgin vaxtlarda, beyinlə hərəkətlər arasında fikir bağlılığı itən anda, stres vaxtı baş verir. Çox zaman insan bütün dırnaqlarını yeyib bitirəndən sonra nə etdiyinin fərqinə varır. Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdən çıxış yolu axtarır, sanki neqativ hissləri "yeyir". Zamanla bu hərəkət "əsəb tikləri" kimi xarakter alır, nəzarət olunmur.
Sağlamlıq baxımından da ciddi zərərləri olan bu vərdiş dırnaq dibindəki salmonella, bağırsaq çöpü və bir çox qurd yumurtalarının ağız vasitəsilə həzm traktına keçməsinə səbəb ola bilər. Bundan əlavə, Onixofagiya çənə və boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.
Statistikaya görə, dünya üzrə dırnağını yeyənlərin əksəriyyəti qadınlardır. Bu zəifliyə çox vaxt həyəcan səbəb olur. İnsan öz dünyasına qapanır, özünə güvəni get-gedə zəifləyir. Dırnaqlarını dişilə qoparıb tullayaraq sanki özünü sakitləşdirməyə çalışır. Alimlər iddia edirlər ki, bu vərdiş insanı sakitləşdirsə də, onun yaranma səbəbləri müxtəlifdir. Məlum olub ki, bu problemdən daha çox perfeksionizmə, yəni mükəmməlliyə can atan insanlar əziyyət çəkirlər.
Perfeksionistlər adətən daimi irəliləyişi sevirlər. O baş verməyəndə isə kədərlənib dırnaq yeməkdə təsəlli axtarırlar. Bunun qarşısını almağın isə tək bir yolu var. Əlinizdə olanlardan zövq alaraq, həyatınızı asanlaşdırın...
Bu qidalar şəkərli diabetə səbəb ola bilər
Amerikalı alimlər bu yaxınlarda 2-ci tip diabetin səbəbləri ilə bağlı əlamətdar bir araşdırmaya imza atıblar. Elm adamları sözügedən xəstəliyin düzgün qidalanmama vərdişindən qaynaqlandığını aşkar