“G7”dən RUSİYAYA NÜVƏ MÜHARİBƏSİ İLƏ BAĞLIÇAĞIRIŞ
“G7” ölkələri Rusiyanı həm sözdə, həm də əməldə nüvə müharibəsinin qalib gələ bilməyəcəyini və başlamamalı olduğunu təsdiq etməyə çağırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Böyük Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin qəbul edilmiş birgə bəyanatında qeyd olunur.
“Biz beş nüvə dövlətinin 3 yanvar 2022-ci il tarixli silahlanma yarışının və nüvə müharibəsinin qarşısının alınması ilə bağlı birgə bəyanatını xatırladaraq bildiririk ki, bu müharibədə qalib olmayacaq”, - deyə sənəddə vurğulanır.
Eyni zamanda, XİN başçıları Rusiyanı bəyanatda qeyd olunan prinsipləri sözdə və əməldə bir daha təsdiqləməyə çağırıblar.
“G7” xarici işlər nazirləri həmçinin nüvə sahəsində Rusiyanın mülki məhsullarından imtina etmək planlarını təsdiqləyiblər.
Bununla yanaşı, “Böyük Yeddilik” ölkələri Pxenyanın ballistik raketlərin buraxılışını pisləyərək, KXDR-in tam nüvəsizləşdirilməsinin həyata keçirilməsinə tərəfdar olduqlarını, həmçinin Rusiyaya qarşı sanksiyaları gücləndirmək və Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.
MAKRONUN AÇIQLAMASI ETİRAZLARI DAHA DA ALOVLANDIRDI
Fransada pensiya islahatlarına etiraz edən vətəndaşlar yenidən Paris küçələrinə axışıblar. “Teleqraf.com”un xəbərinə görə, bu dəfə etirazlara səbəb prezident Emmanuel Makronun tələsik qərar verməsinin səbəblərini vətəndaşlara izah etməyə çalışan çıxışıdır.
Məlumata əsasən, Fransa prezidenti xalqa müraciəti zamanı islahatın cəmiyyət tərəfindən aydın şəkildə qəbul edilmədiyini bildirərək, qeyd edib ki, bununla bağlı konsensusun tapılmaması təəssüfləndirici haldır.
Emmanuel Makron çıxışı zamanı bildirib ki, ölkədə pensiya islahatı haqqında qanun 2023-cü ilin payızında qüvvəyə minəcək.
Bunun ardınca, fəallar əvvəlcə Paris meriyasının binasına yaxınlaşaraq orada ekspromt konsert təşkil ediblər, daha sonra sərt şüarlar səsləndiriblər. Küçələri dolaşan axına yüzlərlə vətəndaş qoşulub.
Hazırda Fransanın paytaxtında gərginlik hökm sürür. İnsanlar zibil qablarını və avtomobilləri yandırırlar.
ÇİN LİDERİ KXDR-LƏ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİ İNKİŞAF ETDİRMƏYƏ HAZIRDIR
Çin Sədri Si Cinpin Şimali Koreya lideri Kim Çen Ina teleqram göndərərək, ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilir ki, Si Cinpin teleqramında qeyd edib ki, KXDR və Çin “mehriban qonşudur”. Bundan əlavə, Çinin sədri dostluq və əməkdaşlığın inkişafına, eləcə də onların daim yeni səviyyəyə yüksəlməsinə kömək etməyə hazırdır.
Eyni zamanda, Çin lideri regionda, eləcə də dünyada sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, bu ərəfədə KXDR lideri Si Cinpini yenidən Çin Xalq Respublikasının sədri seçilməsi münasibətilə təbrik edib. Kim Çen Inın sözlərinə görə, “iki ölkə sıx dəstək və həmrəyliyi qoruyaraq, sosializmin ümumi işini müdafiə edir və təbliğ edir”. O, KXDR və Çin arasında dostluq münasibətlərinin bundan sonra da “dərinləşəcəyinə və inkişaf edəcəyinə” ümidvar olduğunu bildirib.
BAXMUT UĞRUNDA ŞİDDƏTLİ DÖYÜŞLƏR DAVAM EDİR
Rusiya dəstəkli “Vaqner”muzdluları Baxmut şəhərinin şimalına doğru irəliləyərək müəyyən uğurlar əldə ediblər. “Teleqraf.com” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.
Bildirilir ki, “Vaqner”in hücum bölmələri Baxmutun şimal-qərbində və mərkəzində iki qəsəbəni ələ keçiriblər. Hazırda Baxmutun mərkəzində dəmir yoluna nəzarət uğrunda şiddətli döyüşlər gedir. Rusiyanın nizami qüvvələri isə şəhərin şimalında mövqe döyüşləri aparır.
Eyni zamanda, “Vaqner” qüvvələrinin lideri Yevgeni Priqojin isə muzdlularının Baxmut daxilində yavaş irəlilədiklərini açıqlayıb. MAİ-nin hesablamasına görə, Priqojin bununla artilleriya