İqtisadi Elmi-Tədqiqat İnstitutu 2023-cü il üçün doktorantura və dissertantura proqramlarına qəbul elan edir
İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutu Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları"na əsasən, 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura (əyani və qiyabi) və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya qəbul elan edir.
Sənədlər 17 aprel - 16 may 2023-cü il tarixlərində İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutunun Elm, təhsil və karyera inkişafı şöbəsinə saat 11:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) şəxsən təqdim edilməlidir.
Qəbul 12 ixtisas üzrə keçiriləcəkdir:
- 5301.01 - Daxili fiskal siyasət və dövlət maliyyəsi;
- 5302.01 - Ekonometriya; iqtisadi statistika;
- 5303.01 - Mühasibat uçotu;
- 5304.01 - İqtisadi fəaliyyət növləri;
- 5306.01 - Texnoloji innovasiyalar iqtisadiyyatı;
- 5307.01 - İqtisadi nəzəriyyə;
- 5308.01 - Ümumi iqtisadiyyat;
- 5309.01 - Sənayenin təşkili və dövlət siyasəti;
- 5310.01 - Dünya iqtisadiyyatı;
- 5311.01 - Müəssisələrin təşkili və idarə olunması;
- 5312.01 - Sahə iqtisadiyyatı;
- 5313.01 - Demoqrafiya.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (əyani və qiyabi) ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirmiş şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (ingilis, fransız, alman dillərindən biri), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər ixtisas fənnindən imtahana buraxılmırlar.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.
Bu yolla fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (ingilis, fransız, alman dillərindən biri) ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verirlər. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
Elmlər doktoru proqramı üzrə dissertanturaya daxil olmaq istəyənlər üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
Tələb olunan sənədlər:
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri üzrə
- ərizə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutunun direktorunun adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi