Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə böyük təsir göstərib. Bəlkə , bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Bəşəriyyətin ən dəhşətli faciəsi: Xirosima Naqasaki"ni oxuculara təqdim edirik:

"Respublika".

Bəşəriyyətin ən dəhşətli faciəsi: Xirosima Naqasaki

Bəşəriyyətin təkamülü prosesində böyük rol oynayaraq tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri II Dünya müharibəsinin sonunda ABŞ tərəfindən Yaponiyanın Xirosima Naqasaki şəhərlərinə ilk atom bombasının atılmasıdır. Kütləvi insan qırğını ilə müşayiət olunmuş bu hadisə bəşər tarixinin ən dəhşətli hadisələrindən biri kimi qiymətləndirilir.

Dünyanın düzənini dəyişdirən, insanlıq tarixinə qara hərflərlə yazılmış bu hadisə 1945-ci ilin 6 9 avqust tarixlərində baş verib. Yaponiyanı müharibədə təslim olmağa məcbur etmək məqsədilə belə bir dəhşətli vasitəyə əl atan ABŞ bu addımı atmaqla bütün dünya qarşısında öz strateji üstünlüyünü nümayiş etdirməyi bacarıb.

II Dünya müharibəsi ərəfəsində Almaniya, İngiltərə, ABŞ SSRİ müəyyən fasilələrlə, nüvə müharibəsi yarışına girmişdilər. Hər iki dövlət müxtəlif ölkələrdən alimləri cəlb etməklə, qısa müddətdə güc nümayişinə imkan verəcək atom bombası hazırlamağı qarşısına məqsəd qoymuşdu. Bu işdə casuslar da fəal rol oynayırdılar. Casuslar vasitəsilə adıçəkilən ölkələr rəqiblərin atom bombası ilə bağlı planlarını öyrənir, dərhal tədbir görürdülər. Atom bombası yaratmaq üçün həvəslə işə girişən bəzi elm adamları bu silahın insanlığa necə faciələr gətirəcəyini bildikdə xeyli məyus olmuşdular. Silahı daha təhlükəli edən isə onun siyasətçilərin əlinə keçməsi idi. Təhlükəni hiss edib işdən imtina edən alimlər oldu, işinə həvəslə davam edənlər , habelə atom bombasının sirrini rəqib ölkələrə ötürməklə güc balansını qorumağı, faciənin qarşısını almağı hədəfləyənlər ...

Müharibə başlayandan sonra qarşı dövlətlər arasında qələbə uğrunda qızğın müzakirələr gedirdi. Hər biri qalib gəlmək üçün öz fikirlərini söyləyir, müxtəlif metodlar təklif edirdilər. Bu metodlardan ən amansızı 1944- ilin sentyabrında ABŞ Prezidenti Franklin Ruzvelt Böyük Britaniyanın baş naziri Uinston Çörçill arasında keçən danışıqlarda qeydə alınır. Dövlət başçıları Hayd-parkda bağlanmış razılaşmada Yaponiyaya qarşı atom bombasının tətbiqini nəzərdən keçirirlər. Həmin tarixdə müharibənin başlamasından artıq 4 ildən çox vaxt keçmişdi. Bu müddət ərzində ABŞ döyüşlərdə 200 mindən çox hərbçisini itirmişdi. Eləcə qarşı tərəflərdə çox sayda itki var idi. Yaponiyada həlak olan təkcə dinc sakinlərin sayı 100 mini aşmışdı.

Los-Alamosda ABŞ tərəfdaşlarının 10-11 may 1945-ci ildə ikinci iclası baş tutur. Orada artıq atomun atılması barədə qərarın hansı şəhərlərdə tətbiqi məsələsi müzakirə edilir. Hədəfləri seçərkən psixoloji faktorlara böyük əhəmiyyət verildiyi qeyd olunur. Elə bir şəhər vaxt seçmək barədə qərara gəlirlər ki, təsiri daha