DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN RUSİYANIN  YENİ KONSEPSİYASINI QƏBUL EDİB

Rusiya prezidenti Vladimir Putin martın 31- Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib. Bu barədəReportagentliyinin məlumatında qeyd olunur.

Vladimir Putin bildirib ki, beynəlxalq aləmdə baş verən köklü dəyişikliklər Rusiyanın xarici siyasət konsepsiyasına ciddi düzəlişlər etməyi tələb edir.

Məlumata əsasən, yeni konsepsiyada ABŞ anti-Rusiya xəttinin əsas təşəbbüskarı kimi təqdim olunub.

Eyni zamanda, sənəddə dövlətlərin suverenlik hüquqlarına hörmət ifadə edilib.

Yeni xarici siyasət konsepsiyası həmçinin Rusiyaya qarşı təhdidlərə simmetrik asimmetrik reaksiyaları ehtiva edir. Bununla yanaşı qeyd edilir ki, dost olmayan ölkələrin anti-Rusiya addımlarına lazım gələrsə, ciddi cavab veriləcək.

Verilən xəbərə əsasən, sənəddə Çin Hindistanla strateji tərəfdaşlıq elan edilib.

 

TÜRKİYƏ TAXIL SAZİŞİNİN EFFEKTİVLİYİNİ TƏMİN ETMƏYƏ DAVAM EDƏCƏK

Türkiyə taxıl sazişinin effektiv şəkildə həyata keçirilməsini təşviq etməyə davam edəcək. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata əsasən, nazir diqqəti Ukraynadakı münaqişə səbəbindən qlobal təchizatla bağlı problemlərin kritik həddə çatdığına yönəldib.

Mövlud Çavuşoğlunun sözlərinə görə, BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsü dünyanın bir çox təsərrüfatlarına yardım edir.

Biz onun effektiv şəkildə həyata keçirilməsi üçün səylərimizi davam etdirəcəyik”, - deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, ötən il Rusiya, Türkiyə, Ukrayna BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Ukrayna taxılının, ərzaq gübrəsinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyasına İstanbulda birgə koordinasiya mərkəzi cavabdehdir.

 

MACARISTANIN BAŞ NAZİRİNDƏN DÜNYA MÜHARİBƏSİ XƏBƏRDARLIĞI

Macarıstan baş naziri Viktor Orban Ukraynadakı müharibənin narahatedici təhlükəli olduğuna diqqət çəkib. “Teleqraf.comun xəbərinə görə, baş nazir yeni daha güclü silahların istifadəsi ilə bağlı getdikcə daha çox qərarların verildiyini Qərbin Ukraynaya daha müasir texnika göndərməkdə davam etdiyini bəyan edib.

ABŞ Avropa liderləri tərəfindən Ukrayna ətrafında vəziyyət belə davam edərsə, Üçüncü Dünya müharibəsi olacaq kimi bəyanatlar səslənir. İlk baxışdan bu, inandırıcı görünməsə mənə elə gəlir ki, indiki vəziyyət üçün bu real  təhlükədir”, - deyə Orban vurğulayıb.

Macarıstanın baş naziri əlavə edib ki, müharibə getdikcə daha qanlı amansız xarakter alır, lakin sülhü dəstəkləyən Avropa ölkələrinin liderlərinin sayı hələ artmayıb.

Viktor Orban həmçinin qeyd edib ki, Avropa liderləri artıq sakit şəkildə Avropa İttifaqı ölkələrinin Ukraynaya sülhməramlı qüvvələr göndərə biləcəkləri barədə danışırlar. O, xəbərdarlıq edib ki, bu, artıq növbəti mərhələyə keçid olacaq.

 

TALİBANORDUSUNUN SAYINI 200 MİN NƏFƏRƏ ÇATDIRMAQ NİYYƏTİNDƏDİR

Talibanhərəkatı Əfqanıstan ordusunda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir. “Reportagentliyinin məlumatına görə, bunu hərəkatın formalaşdırdığı Əfqanıstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Kari Fəsihəddin Fitrət bildirib.

Biz gələn il orduda əsgər sayını 150 mindən 170 minə, tədricən isə 200 min nəfərə çatdırmaq qərarına gəldik”, - deyə baş qərargah rəisi vurğulayıb.

Bununla yanaşı, ordu rəsmisi ABŞ-ı ölkənin hava məkanını dəfələrlə pozduğuna görə tənqid edib.

Qeyd edilir ki, hazırdaTalibanordusunda əsgər sayı təxminən 150 min nəfərdir. Ordunun arsenalı 2021-ci ildəTalibantərəfindən ələ keçirilən Əfqanıstan Milli Ordusunun texnikasından ibarətdir ki, bu da ABŞ tərəfindən Kabilə verilib.

 

NATO-nun BAŞ KATİBİ TÜRKİYƏNİN QƏRARINI ALQIŞLAYIB